Page 175 - Islamic Studies 03
P. 175

174) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               səbəblərindən  biri  də,  onun  fərqli  mövzular  barədə  zəngin
               olmasıdır.  Bu  zənginliklərdən  biri  də,  Quranın  dərin  və  incə
               elmi mövzular barədə danışmasından ibarətdir.

                 Allah Quranın bəzi ayələrində elmi mövzular barədə danışır.
               Düzdür ki, Quran sırf elmə (dünyəvi elmə) aid olan bir kitab
               deyil,  amma  bir  qədər  əvvəldə  dediyimiz  ki,  insanların  düz
               yola yönəlməsi üçün Allah Quranda fərqli mövzulara toxunub
               və həmin mövzulardan biri də “ Elmi” mövzulardır.

                 İslam dini elmə o həddə dəyər verir ki, islam peyğəmbərinə
               (s.ə) nazil olan ilk ayə “ Oxu” sözü ilə başlayır. Allah “Ələq”

               surəsinin  birinci  ayəsində  Peyğəmbərə  (s.ə)  xitab  edərək,
               buyurur: Yaradan Rəbbinin adı ilə oxu! 1

                 Bu ayəni oxuyanda, islam dininin oxumağa və ümumiyyətlə
               elmə verdiyi dəyərin nə həddə olduğu məlum olur. Yəni əgər
               Allah  elmə  çox  dəyər  verməsə  idi,  ayəni  “Oxu”  sözü  yox,
               başqa kəlmə ilə başlayardı.

                 Qurandakı  elmi  mövzular  ilə  tanış  olmaq  üçün  aşağıda  bir
               neçə Quran ayələri, eləcə də məsumlardan (ə) bu mövzuya aid
               bəzi hədisləri gətirəcəyik.

                 Həqiqətən,  Biz  insanı  süzülmüş  palçıqdan  yaratdıq.  Sonra
               onu  sağlam  bir  məkanda  (ana  rəhmində)  nütfə  halına  saldıq.
               Sonra  nütfəni  laxtalanmış  qan  (rüşeym)  halına  saldıq,  sonra
               laxtalanmış qanı bir  ət parçasına çevirdik. Sonra ət parçasını
               sümüklərə çevirdik, sonra sümükləri ətlə örtdük. Sonra da onu







                                                                                 Ələq, 1. 1
   170   171   172   173   174   175   176   177   178   179   180