Page 179 - Islamic Studies 03
P. 179
178) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
edək ki, minlərlə meyvə ağacı torpaq sahəsi, eləcə də su, hava,
günəş və digər lazım olan vasitələr olmadan yetişib, meyvə
verə bilərmi?
Dünya həyatı da elə meyvə vermək üçün lazım olan və
böyük əhəmiyyətə malik olan bu vasitələrə bənzəyir.
Qısa olaraq belə nəticəyə gəlmək olar ki, insan həm cənnəti,
həmdə cəhənnəmi elə bu dünyada qazana bilər.
Bir qədər əvvəldə qeyd etmişdik ki, Allah həm dünya, həmdə
axirət yaşayışı üçün kifayət qədər qayda-qanunlar tətbiq edib.
Dünya yaşayışı üçün çox önəmli qanunlardan biri də,
“İqtisadiyyat” mövzusuna aiddir.
Əgər insan Allaha, Peyğəmbərə (s.ə), İmamlara, axirət
aləminə, cənnət və cəhənnəmə inanırsa, bunu da qəbul
etməlidir ki, Allah insanların yaşayışlarının bütün sahələrində
müəyyən qaydalar açıqlayıb. Həmin qaydalardan bəzisi də
insanın iqtisadiyyat mövzusuna aid olan qanunlardır. İslama
görə Allaha inanan şəxs gərək qazanc yeri haqqında düşünsün.
Yəni həqiqi müsəlman gərək islamın qadağan və haram etdiyi
vasitələr ilə pul qazanmaqdan uzaq dursun. Eyni zamanda da
insan gərək qazandığı halal pulların harada xərclənməsi
haqqında da düşünsün və israfa yol vərmədən, pul xərcləmək
sahəsində düzgün qərar verməyə çalışsın.
Bunların hamısını başa düşmək üçün ilk olaraq Quran
ayələrinə, daha sonra məsumların (ə) tövsiyələrinə müraciət
etmək lazımdır.
Təbii ki, Quranda iqtisadiyyat mövzusuna aid çox sayda
ayələr var. Yazının daha çox uzanmaması üçün mövzuya aid