Page 181 - Islamic Studies 03
P. 181

180) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               çəkib,  addım  atmaq  lazım  olan  halda,  çox  önəmli  olan
               iqtisadiyyat  problemlərinin  həlli  üçün  də  insan  gərək  addım
               atıb, zəhmət çəksin.

                 Kim  Allaha  yaxşı  bir  borc  verərsə  (istəyənə  faizsiz  borc
               verər,  yaxud  malını  Allah  yolunda  xərcləyərsə),  Allah  onun
               əvəzini  (mükafatını)  qat-qat  artırar.  Allah  bəzilərini  sıxıntıya
                                                                                  1
               salar, bəzilərinə də bolluq verər. Siz Ona qaytarılacaqsınız.
                 Allah  bu  ayədə  toplumun  iqtisadi  vəziyyətini  yaxşılaşdıran
               amildən danışır. Ayədə “Borc vermək” mövzusuna toxunulur.
               Maraqlıdır  ki,  Allah  ayədə  “Kim  Allaha  yaxşı  bir  borc

               verərsə” cümləsini  işlədir. Təbii  ki, “Yaxşı borc”  cümləsinin
               əsas  mənası,  faizsiz  borc  və  Allah  yolunda  malın
               xərclənməsidir.

                 Ayədə Allah üç mühim nöqtəyə işarə edir. İlk olaraq Allah
               müsəlmanlara  gözəl  borc  verməyi  tövsiyə  edir.  Yəni
               inanclılara bunu çatdırır ki, bir-birilərinə borc versin və həmin
               borca görə qarşılıq istəməsinlər.

                 Daha sonra Allah borc verən şəxslərə müjdə verərək, buyurur
               ki,  hər  kim  Allaha  xatir  gözəl  borc  verərsə,  Allah  da  onun
               əvəzini  qat-qat  artırar.  Yəni  borc  verən  şəxs  əslində  verdiyi
               borc qarşısında, əlavə qazanca da sahib olar.

                 Ayənin  davamında  Allah  insanlara  dünya  imtahanlarını
               xatırladır  və  buyurur  ki,  Allah  bəzi  insanları  sıxıntıya  salar,
               bəzilərinə  isə  bolluq  verər.  Bu  cümlədən  məlum  olur  ki,
               kasıbçılıq  insan  həyatında  çıtinlik  və  sıxıntılara  səbəb  olur.





                                                                             Bəqərə, 245. 1
   176   177   178   179   180   181   182   183   184   185   186