Page 182 - Islamic Studies 04
P. 182
Dinə söykənən əxlaq/ (181
varlıqları, yalnız həmin varlıq olaraq dərk edə bilir. Dediyimiz
kimi insan isə heyvanın bu idrakından əlavə həmin varlıqlar
arasındakı əlaqələri də dərk edə bilir. Məsələn, insan kimi
heyvan da Günəşi müşahidə edir. Heyvan hər dəfə Günəşi
müşahidə etdikdə təkcə Günəşin özünü müşahidə edir. Onun
Yerlə əlaqəsini dərk edə bilmir. İnsan isə Günəşi müşahidə
etdikdən sonra onun Yerlə əlaqəsini, yəni Yerin Günəş
ətrafında fırlandığını da dərk edir. Yaxud, şiri görən maral, şiri
müəyyən formalı rənglərin cəmi olaraq qorxulu bir şey kimi
dərk edir. Yəni maral, şirin öz-özlüyündə bir canlı olduğunu və
şirin rənglərinin şirdən fərqli olduğunu dərk edə bilmir. İnsan
isə şirin mahiyyətinin yalnız vəhşi bir canlı, rənginin də şirin
özündən fərqli olduğunu dərk edir. Bundan sonra isə, məsələn,
şirə qırmızı-boz rəngi hökm edərək, "şir qırmızı-boz rəngli
vəhşi heyvandır" nəticəsini alır. Yəni maral şiri, yalnız şirin
rəngi ilə görür, insan isə şiri xaricdə iki şeydən (şirin
mahiyyəti və rəngindən) təşkil olmuş bir obyekt kimi dərk edə
bilir. Elə bu səbəbdən də, maral və digər heyvanlar şiri
hərəkətsiz halda gördükdə təhlükə hiss etmirlər. Şir onlara
tərəf hərəkətə başladıqda isə bu zərif heyvanlar şirdən
qaçmağa başlayırlar. Amma insan şirin vəhşi olduğunu ümumi
məfhum olaraq dərk etdiyindən, hər zaman ondan kənar gəzir.
Əqli biliklər zehnin ağıl qüvvəsinin sayəsində təfəkkürün bu
dörd - "mücərrədləşdirmə", "tərif", "bölgü" və "əqli-nəticə"
formaları ilə yaranır.