Page 184 - Islamic Studies 04
P. 184
Dinə söykənən əxlaq/ (183
hansı tərəfində çəkilməsinə isə, artıq rəssamın təxəyyül
qüvvəsi qarışır. Yəni rəssamın zövqünə uyğun olaraq çay
tablonun ya sağında, ya da solunda verilə bilər. Məlumdur ki,
bu zaman ağıl işləmir. Ümumiyyətlə, rəsm əsərində əşyaların
qarşılıqlı münasibətinin gözəl təzahürü rəssamın
təxəyyülündən asılı olur. Bu təxəyyül sayəsində də rəssamlar
bir-birindən fərqlənirlər. Daha sonra rəssam, əsərə gözəllik
vermək üçün çayın kənarında müxtəlif heyvan şəkilləri
çəkmək istəyir. Tutaq ki, şir ilə maralı çayın kənarında birgə
göstərmək istəyir. Məlumdur ki, şir ilə maral bir yerə cəm
olası heyvanlar deyil. Yəni əgər rəssam istəsə ki, tabloda şir ilə
maralı bir-birinə yaxın məsafədə versin, mütləq şiri maralın
arxası ilə sürətlə qaçan halda çəkməlidir. Bu da rəssamın
vahimə qüvvəsinin sayəsindədir. Çünki maralın şirdən
qaçmasının səbəbi vahimə qüvvəsinin sayəsində dərk edilir.
Bu misalla zehnin müəyyən hallara düşərək yuxarıdakı
qüvvələrdən necə istifadə etməsi daha da aydın olur. Onu da
qeyd edək ki, musiqiçilər, konstruktorlar, memarlar, ədiblər,
yazarlar və şairlər öz əsərlərini yuxarıdakı misala uyğun olaraq
zehnin qüvvələrindən istifadə etməklə yaradırlar.
1
Elm və mərifətlə Allaha yaxınlaşma
Məlumdur ki İslam etiqadlarının əsası üç əsas təməl üzərində
qurulmuşdur. Bunlar tovhid, nubuvvət və məaddır. Ədalət
tovhidin, İmamətisə nubuvvətin əlavəsidir.
Demək, İslam etiqadının varlıq təməlləri tovhid, məad və
onunla bağlı elmlər, nübuvvət və ən əhəmiyyətlisi imamət və
vilayətdir. Dinimizdə etiqad mövzularının izahlarında bunların
hər birinin tovhiddən qaynaqlandığının şahidi oluruq. Bütün
1. Rauf İmranoğlu, “Məntiq” (2011-ci il), s. 55-68