Page 65 - Islamic Studies 04
P. 65
64) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
qeyd etmişdir. Müəllif dünya sözünün “alçaq” mənasında
olduğunu və bunun da təhqiramiz bir söz olduğunu, yəni
dünyaya bağlı olanların dünya tərəfindən həmişə rəzil
1
edildiklərini də önə çəkmək istəmişdir.
Müəllif adı çəkilən əsərinin 55-ci cildində “Səmalar,
onların keyfiyyəti və sayları” adlı xüsusi fəsildə (8-ci fəsil)
səma ilə əlaqəli bütün ayələri, sonra da mövzuya aid hədisləri
bir araya toplamışdır. Onun burada toxunduğu incə
məqamlardan biri də göylərin stunsuz halda ucaldılması
məsələsidir ki, buna da müəllif hədislər vasitəsilə aydınlıq
gətirmişdir. O, yazır: “Qurani-Kərimin “Rəd” surəsində (ayə
2) buyurduğu: “Göyləri, gördüyünüz kimi dayaqsız olaraq
yüksəldən, sonra ərşi yaradıb hökmü altında alan müəyyən
vaxtda (qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı
(iradəsinə) tabe edən, bütün işləri yoluna qoyan, ayələri
müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən
sonra), Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib
haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!”
ayəyə verdiyi izahda arada sütunların olduğunu, lakin bizim
onları adi gözümüzlə görmədiyimizi aşkar şəkildə bəyan
2
edir”. Yəqin ki, müəllif bu şərhi İmam Rzadan (vəf. 818) nəql
olunan bir hədisə istinad etməsidir. Çünki bu ayənin şərhi
barədə İmam Rzadan (ə) soruşdular. İmam (ə) onlara dedi:
“Allah deyirmi “Göyləri dayaqsız olaraq yüksəldən”?
Dedilər:
Əllamə Məclisi, Biharül - ənvar, c. 54 , səh. 357 1
Həmin mənbə, c. 55, səh . 67 2