Page 68 - Islamic Studies 04
P. 68

ƏLLAMƏ  MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR”   ...(67


                     Daha  sonra  müəllif  mələklərin  bir  qisminin  adlarını  və
               vəzifələrini, Cəbrayılın (ə) vəhyə, İsrafilin (ə) suru üfürməyə,
               Əzrayılın  (ə)  can  almağa,  Mikayılın  (ə)  təbiət  hadisələrinə,

               Malikin  (ə)  cəhənnəmin,  Rizvanın  (ə)  isə  cənnətin  gözətçisi
               olduqlarını,  bunlardan  başqa  Ərşi  daşıyan  mələklərin,
               qəbirdəki sorğu-suala Nəkir (ə) və Münkir (ə) adlı iki mələyin,

               insanların əməllərini yazmaq üçün sağ və sol çiyinlərdə oturan
                                                                     1
               mələklərin olduğunu da əsərində qeyd etmişdir.
                     Mələklərin  insan  və  cindən  fərqləri  budur  ki,  yeyib-

               içmək, nəsil vermək, cins növünə malik olmaq xüsusiyyətləri
               yoxdur.  Onlar  mükəmməl  yaradılan  varlıqlardır.  Biz
               mələklərin      maddə      və     kainatın    hansı     mərhələsində

               yaradıldıqlarını  bilmirik.  Mələklər  ilk  ağıllı  yaradılan
               varlıqdırlar. İnsanlar isə yaranış baxımından cinlərin ardından
               sonrakı  mərhələni  təşkil  edirlər.  Mahiyətini  bilmədiyimiz

               mələklər  və  cinlər  haqqında  Qurani-Kərimdə  bir  çox  ayə
               vardır ki, bunların da bir hissəsini yuxarıda qeyd etdik.


                     Cinlərin  bizim  dünyamızın  ilk  şəraiti  içərisində
               yaradılmalarına  baxmayaraq,  mələklər  bu  yer  kürəsinin
               maddələrindən yaradılmamışlar.


                     Əllamə Məclisi mələklərin sayının yalnız və yalnız Allah
               tərəfindən  bilindiyini,  onların  sayının  son  dərəcə  çox
               olduğunu,  hər  bir  mələyin  özünəməxsus  şəkildə  işlərinin




                                                                  Həmin mən bə, c. 56, səh. 193 1
   63   64   65   66   67   68   69   70   71   72   73