Page 81 - Islamic Studies 04
P. 81

80) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               eyni zamanda istər ruhi, istərsə də fiziki xüsusiyyətlərilə digər

               canlılardan  fərqlənir.  “Biz  insanı  ən  gözəl  biçimdə
                            1
               yaratdıq!” İnsan  iki  ayaq  üzərində  dik  dura  bilən,  ağıllı  və
               şüurlu bir varlıqdır. Baş, beyin quruluşu, orqanlarının ahəngi

               və  səs  sistemindəki  zənginlik  onun  gözəl  bir  şəkildə
               yaradılmasından  xəbər  verir.  Yüksək  zəkası  səbəbilə
               hadisələrə  cəld  və  ən  uyğun  şəkildə  reaksiya  vermək

               qabiliyyəti  vardır.  İnsan  yüksək  zəkası  hesabına  ona  faydalı
               olan şeyləri götürür, zərərli şeylərdən isə uzaqlaşır. Qavraması
               digər  canlılardan  çox  yüksək  olduğundan,  onların  edə

               bilmədiklərini  edir.  Yəni  daha  konkret  desək,  insan  dil,
               düşüncə, mədəniyyət, əxlaq, vicdan, duyğu və dini vəzifələrə
               sahibdir.  Lakin  bütün  bunların  eynisini  heyvanlar  və  digər

               canlılar üçün  düşünmək olmaz. “Biz, Adəm  övladını şərəfli
               və  hörmətli  etdik,  onları  suda  və  quruda  (gəmilərə,
               heyvanlara  və  başqa  nəqliyyat  vasitələrinə)  mindirib  sahib

               etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və
               onları  yaratdığımız  məxluqatın  çoxundan  xeyli  üstün
                       2
               etdik”.

                     İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə
               yemək, və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür
               edib  yalnız  Ona  tapınmalıdır.  Rəbbinə  heç  bir  şərik

               qoşmamalıdır.

                     Adəmin (ə) yaradıldığı maddə, müxtəlif ayələrdə dəyişik
               terminlərlə ifadə edilmişdir. Fəxrəddin ər-Razi (1149-1209) bu



                                                                             Tin surəsi, ayə 4 1
                                                                     əl      - İsra surəsi, ayə 70 2
   76   77   78   79   80   81   82   83   84   85   86