Page 199 - Islamic Studies 05
P. 199

Din, Qərbin fəlsəfi atmosferində (198

               Vil Derantın “Dinlərin yığcam tarixi” kitabından sitat gətirərək
               Məsih barəsində meydana gələn əqidələri aşağıdakı kimi qeyd
               edir:
               1.Məsih yalnız insandır.
               2.”  Ata”,  “  Oğul”,  “  Ruhul-qüds”  Tanrı  özünü  təcəssüm
               etdirdiyi     surətlərdir.    Deməli,      Tanrı      üç    uqnumun
               komponentidir: “ Ata”, “ Oğul”, “ Ruhul-quds”.

               Ata  Tanrı  “  Ruhul-  qüds  şəklində  aşağı  enib,  Məryəmin
               cismində insan surətinə düşmüş “ İsa “ surətində doğulmuşdur.
               3.  “  Oğul”  “  Ata”  kimi  əzəli  deyil,  bütün  dünyadan  qabaq
               yaranmışdır, beləliklə də onun rütbəsi atadan aşağıdır və onun
               qarşısında təvazö edəndir.
               4. “ Ruhul-qüds” uqnum deyidir.
               5. Miladi 325- ci ildə Niqyə qurultayı və miladi 381- ci ildə
               Konsinopol  qurultayı  bu  nəzəri  verdi  ki,  oğul  və  “  Ruhul-
               qüds”  Ata  ilə lahuti vəhdətində bərabərdir. “ Oğul” əzəldən
               Atadan  olub  və  “  Ruhul-qüds”  Atadan  bir  işıqdır  və  ondan
                                   1
               qaynaqlanmışdır.

               İsa, onlara görə kimdir?
               Tovhid,  yəni  təkallahlıq  ideyası  bütün  səmavi  dinlərin
               yürütdüyü əsas prinsipdir. Tək vahid olan Allaha inam, Onun
               bütün  aləmlərin  yaradıcısı  və  xaliqi,  ən  gözəl  sifətlərə  malik
               olması, başqa sözlə, bütün eyiblərdən pak və münəzzəh olması
               monoteist  dinlərin  əsas  müddəalarıdır.  İsa  Məsihin  gətirdiyi
               xristianlıq  təlimi  də  monoteist  dinlərdən  hesab  olunmaqla
               Quran nöqteyi- nəzərindən    onun öz dövründə bu istiqamətdə
               təşəkkül  tapmışdır.  Lakin  ondan  sonra  nəinki  İsa  Məsih
               haqqında  düşüncələr  dəyişmiş,  eyni  zamanda,  eyni  zamanda
               xristianlıq  təliminin  özündə  də  təhriflər  yaranmışdır.  Doktor
               Seyid  Mahmudi  yazır:  “  Məsihilər  özlərini  vahid  Allahın

               1 Həmin mənbə, səh 128
   194   195   196   197   198   199   200   201   202   203   204