Page 202 - Islamic Studies 05
P. 202
201) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
İsanın qayıdışı
Dr. Mahmudi yazır: “ Məsihilərin inancına görə, həzrət
Adəmin mürtəkib olduğu xəta və bunun nəticəsində behiştdən
qovulması, əvvəla, Adəm övladının Allahdan uzaqlaşmasına
səbəb oldu, ikincisi də günüh və xətalar irsi yolla sonrakı
nəsillərə ötürüldü və nəticədə bəşər nəslində günahın
1
bünövrəsi qoyuldu; insanlar günah işlər görməyə başladılar.”
İncildə yazılır: “ Amma Allah bizə olan məhəbbətini tam
mənada sübut etmişdir, çünki biz hələ günahkar olduğumuz
vaxtda Məsih bizim xatirimizə öldü. Onun qanının
tökülməsinə görə biz tam mənada yaxşı adamlar sayılacağıq və
buna görə də onun vasitəsilə Allahın qəzəbindən uzaq
olacağıq. Biz Allahla düşmən olduğumuz vaxt O, Öz oğlunun
ölümü ilə bizim düşmənçiliyimizi dostluğa çevirdi.” 2 Yahya
öz İnclində İsanın ölümü barəsində olan ixtiyarının öz əlində
olduğunu qeyd edir: “ Mən canımı qurban verirəm ki, sonra
onu geri alim. Canımı məndən heç kəs ala bilməz, amma onu
öz ixtiyarımla verirəm. Onu verməyə də, sonra geri almağa da
3
ixtiyarım var. Bu əmri Atamdan almışam.”
İncil
Xristianlıq dininin təlim və əsasnaməsi Bibliyanın Əhdi- cədid
bölməsində toplanmışdır.
Əhdi- cədid 27 kitab və risalədən ibarətdir.
1. Mata İncili
2. Markos İncili
3. Luka İncili
Eyni M ənbə, səh 262 1
Eyni m ənbə, ( İncil səh 263,Rum lular 5 - ci fəsil, ayə 8 - 10) 2
Əzəm Pərçəm,səh 186 ( yəhya 10 ) 3