Page 273 - Pure Life 13
P. 273
İslamda Siyasət və Idarəetmə /339
Əvvəla onlar İslamın Məsihilikdən fərqli və ayrı
olduğunu unudaraq, qərbdə İslam dinini siyasətdən
ayrı olan bir din kimi təhlil etməyə çalışırdılar.
İkincisi: Orta əsrlər qərb dövlətlərində olan
məsihilik, əsl Məsihi dini deyildi. Üçüncüsü: İslam
alimləri, nəinki hakimiyyət üçün ixtilaf etməmiş,
hətta heç bir zaman elmə qarşı çıxmamışdılar. Belə
ki, qüdrətin İslam alimlərinin ixtiyarında olduğu
dövr elmin inkişaf etdiyi bir dövr kimi tanınmışdır.
İndi isə bunun əksini, yəni dinin siyasətdən ayrı
olmadığını nəzəriyyənin qeyd edirik:
- İslam əsas kitabları, mənbə və tarixinə müraciət.
- Peyğəmbər və Məsum İmamların həyatı və
əməlləri. İslam dinində mövcud olan ictimai hökm
və dini siyasi məqsədləri nəzərə alaraq, bu dinin
əsl hədəfini anlamaq olar.
İmam Xomeyni (r) buyurmuşdur: “İslam dini siyasi bir
dindir və onun bir çox dini ayinləri də siyasi rəmz daşıyır.
Bu nöqtə İslam hakimiyyəti, siyasəti, ictima və
iqtisadiyyatı üzərində ən kiçik bir ölçüdə düşünən hər bir
kəs üçün aşkar olacaqdır. Dinin siyasətdən ayrı olduğunu
düşünən hər bir kəs nə din, nə siyasət – bunların heç birini
tanımamışdır.”
Ayətullah Seyyid Əli Xamenei:
“Xalqı dərk,siyasət və siyasi rəftardan uzaq olmağa
çağıran Amerika sayağı islamdır. Amma İslam,
siyasətin əslində dinin ayrılmaz bir hissəsi olduğunu
deyir və bütün müsəlmanları siyasi dərk və əmələ
dəvət edir. Bu vacib nöqtə, gərək həmişə bütün
müsəlmanların zehnində olsun!”