Page 274 - Pure Life 13
P. 274
338 PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
(
/
Bir tərəfdən təhrif olunmuş mədəniyyət, anlaşılmaz
düşüncə və qəbul edilməz fikirlərin kilsə hakimiyyəti
kənarında yer tutması, digər tərəfdən də İncil təlimlərində
elm və ağıl arasındakı ixtilaf dinlə müasirlik arasında
fərqin yaranmasına səbəb oldu. Bu ixtilaf dinlə siyasətin
ayrılmasına, nəticədə isə dinin elmin bütün sahələrindən
kənarlaşdırılmasına gətirib çıxardı.
İslam dünyasında, dinin siyasətdən ayrı olması
nəzəriyyəsi üç dəstə tərəfindən həyata keçirilmişdir:
1. Əvvəl xilafəti sultanlığa çevirmək istəyən zalım
hakimlər tərəfindən. Buna misal olaraq, hicrətin
qırxıncı ilində Müaviyə İslam rəhbəri olduğu
zaman İraqa gəlib dedi: “Mən sizinlə namaz, oruc
üçün döyüşmürdüm, əksinə, istəyirdim sizə hakim
olub öz məqsədimə çatım”.
Bundan sonra İslam hakimiyyəti dini mühitindən
çıxaraq sultanlığa çevrildi. Zalım sultanlar hər bir
dövrdə din alimləriylə mübarizə aparmaq üçün
həmişə dinin siyasətdən ayrı, din alimlərinin də
siyasətdən daha yüksək olduqları fikrini təbliğ
etmişlər.
2. Xarici istismarçılar: İstismarçılar ən böyük zərbəni
din tərəfindən-dini təlimlər və din alimlərinin
rəhbərliyi altında görmüşdülər. Elə buna görə də,
istismarçılar tərəfindən İslam ölkələrinə dinin
siyasətdən ayrı olması mədəniyyəti tətbiq
olunmaqdadır.
3. Üçüncü dəstə aydın şəkildə xəstə fikirlilərin
cərəyanı idi. Bu cərəyan qərbdə təhsil almış
insanlar tərəfindən başladılmışdı.