Page 72 - Islamic Studies 04
P. 72
ƏLLAMƏ MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR” ...(71
-Onlarla Allah arasında fərq vardır. Allah nə mürgüləyər,
1
nə də yuxulayar”.
Müəllif əsərində cəhənnəm mələyinin adının Malik,
cənnət mələyinin adının isə Rizvan olduğunu da qeyd
etmişdir.
2
Mələklərin mahiyyətini dinşünaslıq baxımından ayə və
hədislər çərçivəsində izah edən Əllamə Məclisi daha sonra
mövzunu filosofların baxışları əsasında da izah etməyə
çalışmışdır. O, filosofların mələklər haqqında olan fikirlərini
belə yekunlaşdırmışdır: “Mələklər ağıl sahibi olan və kainatın
3
mücərrəd varlıqlardır..”.
Əllamə Məclisinin mələklər haqqında verdiyi maraqlı
məlumatlardan biri də adları məlum olan bəzi mələklərin
adlarının yazılış forması və mənalarıdır. Belə ki, o, Cəbrayıl
(ə) adının ona yaxın (لعاربجليعاربجليئاربجلاربجليربجلئربجليئربج)
yazılış formasının olduğunu, “Allahın qulu” mənasını
4
verdiyini də əsərində qeyd etmişdir.
Cin sözünün mənası “gizli, örtülü” deməkdir. Onların
yarandığı maddə haqqında Qurani-Kərim belə bəyan edir:
“ ٍ راَن ْنِم ج ِ راَم ْنِم َّناَجْلا َقَلَخ َ و - (Cinlərin əcdadı) cannı da tüstüsüz
ٍ
5
(təmiz) oddan O xəlq etdi”. Burada xüsusi şəkildə
Həmin mənbə, c. 56, səh. 193 1
Həmin mənbə, c. 56, səh. 193 2
Həmin mənbə, c. 56, səh. 204 3
Həmin mənbə, c. 56, səh. 222 4
Rəhman surəsi, ayə 15 5