Page 246 - Islamic Studies 06
P. 246

Fəlsəfə ilə ümumi tanışlıq

                      Şamil Qarayev

               Abstrakt

                   İslam  dininin  zühur  etdiyi  gündən  müsəlmanlar  arasında
               fəlsəfi fikirlər mövcud olmuşdur. Belə ki, «Qur’ani-Kərim» öz
               İlahi də’vətində insanları əqli nəticələr vasitəsilə metafizikaya,
               Allaha, mələklərə və Axirət gününə inam bəsləməyə səsləyirdi.
               Lakin fəlsəfə müsəlmanlar arasında xüsusi bir elm şəklində VIII
               əsrdən  e’tibarən  geniş  yayılmağa  başladı.  Bu  bir  tərəfdən
               müsəlmanların  sıralarında  ilahiyyat  məsələləri  ilə  bağlı  ciddi
               ixtilafların baş qaldırdığı, digər tərəfdən isə Abbasi xəlifələrinin
               yunan,  hind  və  iran  fəlsəfə  kitablarını  ərəb  dilinə  tərcümə
               etdirib,  geniş  yaydıqları  zamana  təsadüf  edir.  Hələ  ilkin
               mərhələlərdən  başlayaraq,  İslam  alimləri  bütün  əqli  elmləri
               fəlsəfə kimi tanıyırdılar. Onlar tarix,  ədəbiyyat, dilçilik, təfsir,
               hədis, üsul və fiqh kimi nəqli elmləri çıxmaq şərti ilə ilahiyyat,
               cəbr,  həndəsə,  astronomiya  və  musiqi  kimi  bütün  əqli  elmləri
               fəlsəfənin tərkib hissəsi hesab etmişlər.

               Açar kəlmələr: İslam, fəlsəfə, Məşşa, İşraq
   241   242   243   244   245   246   247   248   249   250   251