Page 250 - Islamic Studies 06
P. 250

Nəhcül-bəlağədə vəhdət prinsipi / 249

               nümayəndələrinin  dünyanın  fiziki  mənzərəsi  yönündəki
               tə’limlərinin  yanlış  olduğunu  aydınlaşdırırdı.  Sxolastika
               dünyanın  geosentrik  sistemə  tabe  olduğuna  inanırdı.
               Geosentrik  sistem  Ptolomey  tərəfindən  əsaslandırılmış  antik
               fiziki nəzəriyyədir. Bu nəzəriyyəyə görə Yer hərəkətsiz olub
               kainatın mərkəzi sayılır və Günəş daxil olmaqla bütün səmavi
               cisimlər  Yerin  ətrafında  dövr  edirlər.  Geosentrik  dünya

               sisteminə  qarşı  duran  nəzəriyyə  Heliosentrik  sistemidir.
               Heliosentrik sistem isə Kainatın mərkəzini Yer deyil, Günəş
               haseb  edir.  Hələ  qədimdən  nəzəri  şəkildə  söylənilmiş  bu
               fərziyyə,  nəhayət,  16-cı  əsrdə  polyak  astronomu  Nikolay
               Kopernik  (1473-1543)  tərəfindən  isbat  olundu.  Sxolastika
               tə’limlərinin  elmi  şəkildə  özünü  doğrultmaması  Avropada
               fəlsəfi  fikirlərə  tamamilə  kölgə  saldı.  Bütünlükdə  Avropa
               Sofizmə,  eləcə  də  hər  şeyə  şübhə  ilə  yanaşmağa  meyl  etdi.
               Onlar –əgər bu  gün Geosentrik tamamilə  səhv bir  nəzəriyyə
               olması  isbat  olundusa,  digər  fəlsəfi  fikirlərin  də  yalan
               olmadığına zəmanət varmı? –deyə düşünürdülər.
                   Belə bir zamanda yeni bir təfəkkür formalaşdı. Bu təfəkkür
               «Empirizm  fəlsəfəsindən»  ibarət  idi.  Empirizm  fəlsəfəsi  hər
               şeyin təcrübəyə bağlı olduğunu iddia edir və insan idrakının
               təcrübədən kənarda olan hər hansı bir şeyi isbat etməyə qadir
               olmadığını  söyləyirdi.  Bu  təfəkkür  tərzinə  hələ  14-cü  əsrdə
               ingiltərəli filosof Uilyam Okkamda (1285-1349) təsadüf etmək
               olar  (Nominalizm).  Sonralar  isə  Empirizm  fəlsəfəsi  Frensis
               Bekon  (1561-1626),  Tomas  Hobbs  (1568-1679),  Con  Lokk
               (1632-1704) və Devid Yum (1711-1778) tərəfindən müxtəlif
               şəkillərdə  inkişaf  etdirilmişdi.  Empirizm  dalğası  bütün
               Avropanı «Təcrübəyə bağlılıq» ruhuna qərq etdi.
                   Avropalıların  fəlsəfədən  şübhəyə  düşdükləri  bir  dövrdə
               digər tərəfdən görkəmli fransız filosofu Rene Dekart1 yeni bir
               fikirlə çıxış etməyə başladı. Dekart avropalıların «şübhəsini»
   245   246   247   248   249   250   251   252   253   254   255