Page 248 - Islamic Studies 06
P. 248

Nəhcül-bəlağədə vəhdət prinsipi / 247

                   Belə  bir  zamanda  dahi  mütəfəkkir  olan  Sokrat  bu  batil
               məktəblə üz-üzə dayandı. Məhz buna görə də, o, özünü Sofist
               –alim,  müdrik  deyil,  filosof,  yə’ni  elmi,  müdrikliyi  sevən
               adlandırdı.  Başqa  bir  ehtimala  görə,  Sokrat  hədsiz
               təvazökarlığı  səbəbi  ilə  alim  adlanmasından  imtina  etdi.  Bir
               sözlə  Sokrat  insan  təfəkkürünün  əvəzsiz  fədaisi,  fəlsəfənin
               «Tacsız  kralı»  sayılır.  Bu  «Fəlsəfə  kralı»  öz  zamanında,

               xüsusilə  ilahiyyatın,  humanizmin  və  əxlaqi  məsələlərin
               inkişafında  müstəsna  rol  oynamışdır.  Şərq  filosoflarının  bir
               qismi Sokratın peyğəmbər olması ehtimalını da irəli sürmüşlər.
               Bu  ehtimalla  ziddiyyət  təşkil  edən  yeganə  məsələ  Sokratın
               nəzəriyyələrində bə’zi çatışmazlıqların olması faktıdır. Lakin
               bu ziddiyyəti aradan qaldırmaq o qədər də çətin deyil. Belə ki,
               biz  Sokratın  nəzəriyyələrini  yalnız  onun  tələbələrinin
               əsərlərində müşahidə edə bilirik. Onun nəzəriyyələrinin yalnız
               bu əsərlərdə əks olunması onların təhrif olunması  ehtimalını
               artırır.  Qədim  yunan  qövmü  içərisində  İlahi  elçilərin
               mövcudluğu  zərurəti,  heç  də  həqiqətdən  uzaq  deyil.  Bu
               zəruriyyətin təsdiqini «Qur’ani-Kərim»də də görə bilərik:
                   «Elə  bir  ümmət,  qövm  yoxdur  ki,  onun  içərisindən  bir
               peyğəmbər olmasın».2
                   Biz bu ehtimalın düzgün olması haqda deyil, mümkünlüyü
               barədə  danışırıq.  Təsdiqləyəcəyimiz  yeganə  məsələ  odur  ki,
               Sokrat  sözün  həqiqi  mə’nasında  bir  ilahiyyatçı  filosof
               olmuşdur.


               Fəlsəfə Avropada

                   Fəlsəfi  məsələlər  çox  qədimdən  araşdırılsa  da,  müstəqil
               şəkildə  olmamışdır.  Fəlsəfi  fikirləri  bütün  elmlərdən  ayrı  və
               müstəqil  şəkildə  öyrənməyi  lazım  bilən  ilk  şəxs  tanınmış
               yunan filosofu Aristotel1 oldu. O, bu sahadə öz nəzəriyyələrini
   243   244   245   246   247   248   249   250   251   252   253