Page 140 - Pure Life 11
P. 140

Sosial Mediya və Ondan İstifadə Əxlaqının
                       Tələbənin Ailə Həyatına Təsirləri

                                                                 1
                           Müəllif: Kəmalə Əsgərova (Azərbaycan)
                         Alınan Tarix: 05/10/2016             Qəbul Tarixi: 28/02/2017

               Məqalənin xülasəsi
               İnternet  artıq həyatımızın vazgeçilməz halına gəlib. Özünü
               tək  hissedən  bir  çox  insan  çarəni  virtual  mühitdə  axtarır.
               Ancaq  mütəxəssislər  internet  asılılğının  ictimai  həyatdan
               qopmasına səbəb olduğunu bildirir. Dostluq saytları, əyləncə
               saytları,  oyunlar  və  s.  Artıq  bir  çox  insan  vaxtının  böyük
               hissəsini kompüter qarşısında keçirir. İnternet vasitəsilə olan
               evliliklərdə aldatmalara tez-tez rast gəlinir. Belə ki, artıq bir
               çox evli cütlüklərin eyni evdə iki kompüteri var. Qadın ayrı
               bir kompüter, kişi ayrı bir kompüterdə virtual mühitdə vaxt
               keçirir.  Yaxud  mobil  versiyalar  ilə  internetə  bağlanmalar
               daha sürətli və asan olub. Amma diqqət etmək lazımdır ki,
               virtual aləmdən istifadə düzgün və müsbət yönə yönləndirilə
               bilər. Bu sahədə, dini təhsilin öz güclü rolu var. Ali İmran
               surəsində  buyurulduğu  kimi,  dini  qorumaq  və  islam
               maarifini  yaymaq  üçün  “sürətli  atlardan”  istifadə  etməyin
               əhəmiyyətini vurğulamaqla, Qurani-kərim bir növ, sanki, bu
               günümüzdəki sürətli və daha üstün olan media vasitələrindən
               bəhrələnərək,  dini  maarifin  yayılmasına  diqqət  çəkir.  Belə
               ki,  virtual  təhsil  və  maarifləndirmə  vasitəsilə,  istər  elmi
               cəhətdən,  istər  əxlaqi  aspekdən  və  istərsə  də  ailələlərin
               möhkənlənməsindəki           fikri-mənəvi        yönləndirmə-
               qidalandırma baxımından yüksək rol oynaya bilər. Bu haqda
               məqalədə geniş məlumat və araşdırma verilib.

               Açar Sözlər:  Əxlaqının, Tələbənin, Sosial Mediya, Həyatına Təsirləri





               1.  İslam  Araşdırmaları  Fakültəsi,  Magistr,  Əl-Mustafa  Virtual
               Universiteti, Qum, iran, kmal.sgrova.68@mail.ru
   135   136   137   138   139   140   141   142   143   144   145