Page 137 - Pure Life 11
P. 137

/
                  (

               136  PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
               informasiya mübadiləsi, xəbər alınması və s. üçün istifadə
               edilir ki, bu da normaldır. İnsanlar bizdə sosial şəbəkələrə
               daha  çox,  xəbər  mənbəyi  kimi  baxırlar.  Halbuki  başqa
               ölkələrə baxsaq, sosial şəbəkələr xəbər mənbəyi olaraq o
               qədər də yüksək göstərici deyil. Eyni zamanda, burada da
               ictimai-siyasi  hadisələrin  müzakirəsi  daha  qabarıqdır.  Bu
               da təbiidir və normaldır".
                  Sosial  şəbəkələrin  ailələrə  mənfi  təsirinə  gəldikdə  isə
               O.Gündüz bununla razılaşmadığını deyir:
                  "Mən  əslində  bu  fikirlərlə  razı  deyiləm.  Çünki  bu,
               mində, milyonda bir ola bilər. Real dünyada bu necədirsə,
               virtual  həyatda  da  belədir.  Virtual  dünya,  sosial  şəbəkə
               real dünyanın bir inikasıdır. Ola bilər ki, burada müəyyən
               kənara  çıxmalar  da  ola  bilər,  amma  bu,  ümumi  gedişata
               pis  qiymət  vermək  üçün  düzgün  deyil.  Sadəcə,
               yeniyetmələrlə,  azyaşlı  uşaqlarla  bağlı  belə  bir  əsas  ola
               bilər.  Yəni,  uşaqların  nəinki  sosial  şəbəkədə,  internetdə
               informasiya  təhlükəsizliyinin  qorunması  ilə           bağlı
               təhlükələr  var.  Məhz  bu  istiqamətdə,  yəni,  uşaqların
               təhlükəsizliynin  qorunması  ilə  bağlı  məsələyə  diqqət
               yetirilməsi,  müzakirəyə  çıxarılması,  onların  qorunması
               üçün müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir".
                  Evli  ailələr,  cütlər  üçün  vaxtının  böyük  bir  hissəsini
               sosial şəbəkələrdə keçirmək təhlükəlidir
                  Sosioloq Əbülfəz  Süleymanovun  sözlərinə  görə,  son
               zamanlar sosial şəbəkələrlə bağlı tədqiqatlar onu göstərir
               ki,  bu,  həqiqətən  də  bəzi  ailələrin  dağılmasına  gətirib
               çıxarır: "Çünki sosial şəbəkələrə aludə olan gənc qadınlar,
               kişilər  bəzi  hallarda  öz  ailələrini  unuda,  oradakı
               müvəqqəti,  hətta  virtual  sevginin  qurbanına  çevrilə
               bilirlər.  Bir  müddət  sonra  onlar  necə  böyük  səhvə  yol
               verdiklərini başa düşürlər.
   132   133   134   135   136   137   138   139   140   141   142