Page 138 - Pure Life 11
P. 138
Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /137
Mən özüm də bəzən sosial şəbəkələrdən istifadə
edirəm. Hətta tələbəm məndən, onu dostluğa qəbul
etməmi istəyir və mən ona deyirəm ki, sənin evdə körpən
var. Sən mənlə danışmağa vaxt ayırsan, ona kim baxacaq?
Görürsən ki, gənc qadındı, körpə uşağı var, amma vaxtının
böyük bir hissəsini sosial şəbəkədə keçirir. Yəni, bir
xəstəlik kimi aludəçilik meydana gəlib. Bu tendensiya özü
də təhlükəlidir".
Sosioloq onu da vurğuladı ki, ümumiyyətlə, sosial
şəbəkədən insanlar informasiya almaq məqsədilə istifadə
edə bilər. Yaxud, uzun müddət görə bilmədiyi bir
dostundan hal-əhval tutmaq üçün istifadə edə bilər, amma
vaxtının böyük bir hisəsini ona ayırmaq, ailəsini bir
kənara qoyub onu unutmaq, bəzi hallarda orada təsadüfi
tanışlıq nəticəsində virtual bir sevgi yaşamaq, xüsusilə,
evli insanlar üçün çox təhlükəli tendensiyadır:
"Amma eyni zamanda gənclər var ki, internet vasitəsilə
evləniblər, bunlar arasında bizim dostlarımız da var və
xoşbəxtdirlər. Yəni, bunu ümumiləşdirmək doğru deyil ki,
internet vasitəsilə evliliklərin çox mənfi təsirləri var.
Müsbət rəqəmlər, faktlar da var. Sadəcə, evli ailələr, cütlər
üçün vaxtının böyük bir hissəsini sosial şəbəkələrdə
keçirmək təhlükəlidir".
Sosial şəbəkədən istifadə nəticəsində ailənin dağılması
kimi halların dünyanın bir çox yerlərində, o cümlədən,
Rusiya, Türkiyə və digər ölkələrdə də olduğunu deyən
Ə.Süleymanovun sözlərinə görə, son zamanlar bizdə də
Facebook istifadəçilərinin sayı çoxalıb ki, burada ev
xanımları, ailəli kişilər də var:
"Təbii ki, bu tendensiya bizdə də özünü biruzə verəcək.
Bunun qarşısını almaq isə, elmi və maarifləndirici
üsullarla mümkündür".