Page 190 - Pure Life 03
P. 190
224 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)
Misal olaraq, İqbal Lahurinin və onun arxası ilə də
doktor Şəriətinin “xatəmiyyət”ə (peyğəmbərliyin sonu)
verdikləri təfsir aşkar şəkildə bu meylin təsiri altındadır.
Bu şəxslər müasir insanın əqli yetkinliyini və inkişafını
peyğəmbərliyin və peyğəmbərlər (ə) silsiləsinin
kəsilməsinin əsas səbəbi hesab edirlər. Onlar iddia edirlər
ki, xatəmiyyət dövründə bəşəriyyət ağıla və müasir elmə
söykənməklə, elmi metoddan (induksiya və təcrübə)
kömək almaqla öz ayağı üstündə dayana və özünün bütün
1
problemlərini, məsələlərini həll edə bilər.
Amma çox çəkmədi ki, bəşər bu elmi qürurun möhkəm
yuxusundan oyandı. Modern elmin çatışmamazlıqlarını
bütün varlığı ilə hiss etdi və bu nəticəyə gəldi ki, hər bir
insani problemin həlli rasionalizmin və modern elmin işi
deyil. İnsan bir neçə cəhətə malik bir varlıqdır. Bəşərin ən
mühüm ehtiyac və dərdləri onun vücudi dərdləri, ruhi,
psixoloji, daxili ehtiyaclarıdır və müasir elm bunlara
münasib cavab verə bilməz. Bəşər get-gedə bu nəticəyə
gəldi ki, təcrübi elm onun bütün problemlərini həll edə
bilməz. Bir çox əsas, fundamental insani ehtiyaclar təcrübi
elmin sahəsindən kənardır.
Digər tərəfdən də ağıl, əqli metodlar və əqli elmlər də
böyük əhəmiyyət və rola malik olmasına baxmayaraq,
insanın vücudi ehtiyaclarının məhz bir hissəsinə cavab
verirlər. Ümumi olaraq demək olar ki, müasir insan bu
nəticəyə gəldi ki, sırf fəlsəfi, elmi və əqli sistemlər insanın
bütün ehtiyaclarını təmin etməkdə lazım olan bacarığa
malik deyillər.
Bəlkə də demək olar ki, pozitivistlər istəmədən belə bir
nəticənin hasil olmasında ən mühüm rola malik idilər.
1. Bu baxış və ona iradlarla və həmçinin xatəmiyyətin düzgün izahı ilə
tanışlıq üçün müəllifin “Xatəmiyyət, İmamət və Məhdəviyyət” kitabəna
müraciət edə bilərsiniz.