Page 191 - Pure Life 03
P. 191
İrfan və mənəviyyatın həyatımızdakı rolu / 223
Bu söz, əlbəttə ki, İslam mənəviyyatı, şiə təfəkkürü və irfanı
fəzasında tam doğru sözdür. Amma Klifford bu söz ilə istəyirdi
ki, din, mənəviyyat və dini inancları qeyri-əqli (qeyri-rasional)
və “əsaslandırılmış dəlil”ə malik olamayan bir fenomen bilsin.
Müasir insanın anti-din olması və mənəviyyatdan yayınması o
yerə çatmışdı ki, hətta elmi yığıncaqlarda, üniversitetlərdə
“Allah” adının çəkilməsinə razı deyildi. Ona görə ki, belə bir
varlığı qəbul etmək və ona inanmaq qeyri-elmi, xurafat, əfsanə
sayılırdı. Elm və elmi ocaq fəzasının xurafi və əfsanəvi
fenomenlərdən uzaq olmasını istəyirdi.
Müasir insanın elmi qüruru o yerə çatmışdı ki,
təcrübəni hər bir düşüncənin elmiliyinin və həqiqiliyinin
isbatı üçün yeganə yol bilirdi. Hər bir qeyri-təcrübi sözü
qeyri-elmi hesab edirdi. Nəinki yalnızca ilahiyyat və
metafizik məfhumlarına, hətta əxlaqi məfhumlara da
qeyri-elmi və nəticədə də mənasız kimi baxırdı. Onların
“doğru” və “yanlış”lığı haqqında fikiri mənasız sayırdı.
Ona görə ki, bir düşüncənin “mənalı”lığı və ya
“mənasız”lığının meyarını “verifikasiya” (təcrübə olunan:
o da hissi təcrübə cinsindən olmaq şərti ilə) hesab edirdi.
Bir sözün “doğru” və “yanlış”lığı onun “mənalı”
olmasından sonra məna daşıdığına görə, elə isə hər hansı
bir şey mənalı olmasa, əsas etbarilə onun doğru-yalan
olması haqqında tədqiqata növbə çatmayacaq.
Saentizm və rasionalizm hamıdan çox Qərbi bürüdü və
onları din və mənaviyyatdan uzaqlaşdırdı. Bir çox Şərq,
xüsusilə də İslam ölkələri böyük zərərlər gördü, əlbəttə onun
xidmətləri və yaxşı cəhətlərindən də məhrum idilər. Amma
təəssüflər olsun ki, bu ruhiyyənin Qərb alimləri arasında
yayılması və modern elmin, ağılın mərkəzliliyi və onun
müasir insanın bütün elmi və əməli sahələrinə hakim olması
bəzi müsəlman alimlərini də qorxu altında özünə tabe etdi.
Belə ki, onların din və dini təimlər barəsindəki təfsirləri
qərblilərin seantik təsirinə olduqca məruz qaldı.