Page 194 - Pure Life 03
P. 194
220 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)
Həqiqi irfan o irfandır ki, məşuqa, varlığın həqiqi
mənbəyinə, Allah-taalaya qovuşmaq yolunun yalnız Onun
razılığını qazanmaq və Onun əmrlərinə itaət etmək
olduğunu deyir. Buna əsasən, məşuqa qovuşmaq yolunu
keçmək üçün onun sözlərinə, istəyini başa düşməyə qulaq
verməlidir ki, onun istədiyi şəkildə rəftar etsin, Onun
bəyənmədiyi yoldan çəkinsin.
Çünki məşuqa qovuşmaq üçün onun iradəsi və
istəklərinə zidd əməllərin mənası yoxdur. Allah-taala da
Özünün xəbərlərini və istəklərini şəffaf, təhrif olunmamış,
məsum şəkildə Özünün sonuncu elçisi vasitəsilə bəşərin
ixtiyarında qoymuşdur. Bu zəmində heç bir şəkildə şübhə
və dumanlı bir nöqtə yoxdur. Buna əsasən həqiqi irfan,
həm son hədəfi, həm də bu hədəfə nail olmaq metodu
həqiqi və məsum dindən alınan irfandır. Bundan başqa hər
növ irfan yalançı irfanlar cərgəsində yer alır.
2- MÜASİR İNSANIN MƏNƏVİYYATA VƏ
İRFANA YÖNƏLMƏSİNİN AMİLLƏR
Əgər müasir zamandakı din və mənəviyatın vəziyyətinə ötəri
nəzər salsaq, öz fakt və ümumi məlumatlarımızı gözdən
keçirsək, müasir insanın nisbətən uzun fasilədən sonra yenidən
din və mənəviyyata üz tutduğunu təsdiqləyəcəyik. Müasir əsrin
insanı arasında xüsusilə də son zamanlarda belə bir meylin
varlığının isbatı üçün dəlil göstərməyə ehtiyac yoxdur.
Dünyanın hər bir guşəsində camaatın mənəvi və dini kitablara
şiddətli meyli, dünyanın müxtəlif yerlərində camaat arasında
dini və mənəvi yığıncaqlarda iştirak etməyə həvəs,
mənəviyyata istəklə, dinə maraqla bağlı söhbətlərin, dialoqların
hazırlanması bu iddianın açıq-aydın şahidlərindəndir.
Misal olaraq, Avropada, Amerikada islami və irfani
kitabların görünməmiş şəkildə qarşılandığını demək olar.
Eləcə də Amerika və Hind irfani və mənəvi kitabları İslam
ölkələrindəki insanları düşündürür.