Page 195 - Pure Life 03
P. 195
İrfan və mənəviyyatın həyatımızdakı rolu / 219
Bu elə bir irfandır ki, özünün son hədəfinin nəinki
yalnızca Allaha qovuşmaq və “Qürb” (Allaha yaxınlıq)
məqamına çatmaq olduğunu deyir, əksinə, inanır ki, bu
hədəfə qovuşmaq vasitələri də həmçinin dindən alınmalıdır
və dini maarifə uyğun olmalıdır, yaxud da ən azı dini
maariflərə zidd olmamalıdır.
Bunun müqabilində, dini təlimlərə, maarifə etinasız
yanaşan, mənəvi seyrin sonunu, hədəfini Allahdan başqa
bir yerdə axtaran, insanı yalnızca dünya həyatı ilə
məhdudlaşdıran hər növ irfanı “sekulyar” irfan
adlandırırıq. Allahdan başqa şeyləri metafizik olsa belə öz
hədəfi ünvanında seçən bütün irfanlara və yaxud da din və
şəriətdən başqa bir vasitə ilə özünün son hədəfinə
qovuşmaq niyyətində olan irfanlara sekulyar irfan deyilir.
1.5. Həqiqi və Yalançı İrfan
Bütün dini irfanları zəruri olaraq həqiqi irfan hesab etmək
olmaz. Çünki bir din təhrif oluna, ya da kimlər tərəfindənsə
yaradıla və varlığın mənşəyi, mənbəyi və Allah-taaala
haqında yanlış təsəvvür verə bilər. Belə bir dində arifin
şəxsi son hədəfi Allaha qovuşmaq ola bilər, amma məhz
həmin dinin mövzusu olan Allah qeyri-həqiqidir. Buna
əsasən, belə bir dindən qaynaqlanan irfan qeyri-həqiqi irfan
olacaq.
Misal olaraq, yəhudi və “Kavala” irfanını göstərmək
olar. Bunlar yəhudi dinindən qaynaqlanan irfan olsalar da
yəhudiliyin təhrif olunmasına əsasən, onun irfanı da həqiqi
irfan ola bilməz. Əksinə, o, yalançı irfan kimi tanınır.
Məsihi irfanını da həqiqi irfan hesab etmək olmaz, çünki
məsihi irfanı Xristianlıq dinindən qaynaqlansa da, mövcud
məsihi dini təhrif olunmuşdur, hətta düzəltmə bir dindir.
Buna görə də həqiqi irfan o irfandır ki, həqiqi dindən
qaynaqlanmış olsun. Həqiqi irfan nəinki yalnız həqiqi
hədəfin axtarışındadır, hətta özünün mənəvi seyrinin
təlimlərində də tamamilə həqiqi dinə və şəriətə tabedir.