Page 192 - Pure Life 03
P. 192
222 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)
hətta Allahsız məniyyat haqqında söhbət açırlar və
qədim irfanların, dinlərin, Mani, Zərdüştlük,
Həxameneşyan kimi qədim İran qövmlərinin
mənəviyyatının təbliğinə üz tutmuşlar. Bu, alimləri və
dünyanın bir çox yerlərindən olan insan qruplarının İslam
mənəviyyatına və ayininə meyl yarandığı bir zamandadır.
Amma görəsən bu meylin səbəbləri və amilləri nədir?
Bəşər nə üçün nisbətən uzun zaman fasiləsindən sonra
yenidən mənəviyyata üz tutmuşdur? Aşağıda bu meylin
bəzi ən mühüm səbəb və amillərinə işarə edirik:
2.1. Modern Elmə, Ağıla, Rasionalizmə və Məntiqə Ümidsizlik
Müasir bəşər modernizm dövründə güman edirdi ki, yeni
elm onun bütün problem və iztirablarının həlledicisidir.
Buna əsasən də hər bir qeyri-elmi və metafizik ideya ilə
şiddətlə mübarizə aparırdı. Maarifçilik dövrünün
qabaqcıllarından biri olan Denis Didro (1713-1784) təbiətin
mesajını yeni əsrin insanına belə çatdırır: “Ey xurafat bəndəsi!
Öz xoşbəxliyini bihudə olaraq səni yerləşdirdiyim bu aləmin
sərhədlərindən o tərəfdə axtarma! Şücaətli ol və özünü mənim
hüququmu tanımayan bu üsyankar rəqibim olan dinin
boyunduruğundan azad elə. Mənin qüdrətimə qəzəb edən
allahları kənara qoy və mənim qanunlarıma qayıt. Bu zaman
1
dərk edəcəksən ki, həyat yolun gül-çiçəyə dolmuşdur”.
Digər tərəfdən də maarifçilik dövrünün rasionalizmi o həddə
çatmışdı ki, hər bir “irrasional” (ağıla aid olmayan, ağıl ilə isbat
oluna bilməyən, ağılın imkanlarındna xaric olan, isbatolunmaz)
sözün “anti-rasional” (ağıla zidd olan) olduğunu güman edirdilər
və buna görə də bir çox dini və mənəvi iddiaları inkar edirdilər.
Rasionalistlərin əsas şüarı ingilis riyaziyyatçısı Kliffordun bu
qısa və fəsahətli sözündə xülasələnirdi, o deyirdi: “Kimsənin heç
bir zaman və heç bir yerdə kafi olmayan dəlillər əsasında hər
2
hansı bir şeyə inanması düzgün deyil” .
1. “Fəlsəfə Və Aydınlaşdırma, İazh etmə”, Ernest Kasirer.
2. “The Ethics of Belief”, W. K. Clifford, in Philosophy of Religion.