Page 126 - Pure Life 11
P. 126
Baş Redaktorun ön Sözü
Tədqiqat, elm sahəsində həyat şərbəti rolunu oynayır. Onun
inkişafı elmin sərhədlərinin genişlənməsi və çiçəklənməsi
deməkdir. Tədqiqat və araşdırma sahəsinə diqqətsizlik etmək,
elmi inkişafın zəifləməsi və sonda tamamilə məhvinə gətirib
çıxarır. Bu da, cəhlin yaranmasına şərait yaradır. Belə ki,
müasir dünyada sağlam tədqiqatın olmamasının məhsulu olan
“modern cəhalətin” şahidi oluruq.
Elmi sahələrin günbəgün inkişafı, daha çox elmi sahələrə
daxil olmağın zərurətini çatdırır. Bu gün, islam elmlərinin
müxtəlif sahələri beynəlxalq aurada araşdırılmalı və düzgün
təqdim edilməlidir.
"PURE LİFE” jurnalı əl-Mustafa Virtual Universitetinin
tələbələrinə öz elmi-tədqiqat əsərlərini buraya təqdim etmək
üçün şərait yaradaraq, tələbə əsərlərinin elmi səthini inkişaf
etdirməyə və islami-humanitar sahələrdə fəaliyyət göstərən
araşdırmaçıların əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
"PURE LİFE" jurnalı hər fəsldə, bir neçə dildə, elektron
versiyada elmi məqalələrlə nəşr edilir. Bu nömrəmizdə, xüsusi
buraxılışımız: "Dini Təlimlərin Keyfiyyətini Artırmaq üçün
Virtual Aləmin Təsirini Tanıma (2) Mövzusunda İlk
Beynəlxalq Konfrans" mövzusundadır. Jurnalda İngilis,
Azərbaycan, Türk və Fransız, dillərində doqquz üstün elmi
məqalə mِövcuddur.
“PURE LİFE” jurnalı Əl-Mustafa nəşriyyat şurasının,
həmçinin, İran İslam Respublikası İslam Mədəniyyəti və
İncəsənəti Nazirliyinin fərmanına əsasən, bu jurnal, əl-
Mustafa Beynəlxalq Virtual Universitetinin ilk elmi-tədqiqat
gurnalı olaraq, dəyərli alimlərin və tələbələrin elmi əsərlərini
qəbul edir.