Page 131 - Pure Life 11
P. 131
(
/
130 PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
Yeni tanışlar bir yolla qızın şəklini əldə edir və bundan
sonra onun şəklini internetdə yayacağı ilə şantaj edib, pul
tələb edənlər də var.
Sosial şəbəkələr Ailədaxili Münaqişələrə Rəvac Verir?
Psixologiya Konsultasiya Mərkəzinin (PCC) rəhbəri,
psixoloq Elnur Rüstəmov deyir ki, sosial şəbəkələr ailə
daxili münasibətlərin pozulmana şərait yaradır: “Ailə
mövcuddursa, orda problem ola bilər, narahatçılıq da. Bu
ailədən də qaynaqlana bilər, qaynaqlanmaya da. Ola bilsin
ki, kişinin atası, yaxud bacısı rəhmətə getsin, içində
boşluq olsun. Bunlar olan faktorlardır Məsələ ondadır ki,
bu boşluqları necə doldurulur?! Bu zaman sosial şəbəkələr
başlayır dırnaqarası psixoloq rolunu oynamağa.
Orda kiminləsə yazışır, söhbət edir. Biri var işgüzar
söhbət, biri var mənəvi. Nəticədə emosional bağlılıq
yaranır. İnsan özünü qarşı tərəfə borclu hesab edir, onun
üçün yaxşı olmağa, onunla ünsiyyətdə olmağa çalışır,
onsuz darıxır. Və bütün bunlar zaman keçdikcə ailə daxili
münaqişələr, konfliktlər yaratmağa başlayır. Sosial
şəbəkələr bu işdə insanları təhrik edir, ailə daxili
münasibətlərin pozulmasına rəvac verən funksiyanın
yerinə yetirir.
İnsanlar, xüsusən də ailələr diqqətli olmalı, qabaqlayıcı
tədbir görmək lazımdır. Söhbət ailədən gedirsə, mövcud
problemin həlli yollarından biri sosial şəbəkələrin, mobil
telefonların şifrəsi olur. Bu şifrəni həyat yoldaşlarının
bilməsi vacibdir. Ən azından bu tərəflər arasında
məsuliyyət, güvən yaradacaq. Yox, əgər kiminsə
xislətində xəyanət etmək varsa, o başqa adla sosial
şəbəkədə qeydiyyatdan keçəcək və məqsədinə çatacaq.
Elə ailələr var ki, qadının ehtiyatdan 1-2 dənə də
telefonu var. Kişi evə qalxanda gizlədir.