Page 130 - Pure Life 11
P. 130
Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /129
“Sosial şəbəkədə Başqasıyla Tanış Olan Qadını əri
öldürmək üçün Axtarır”
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban
Zeynalova mövzuyla əlaqədar təcrübəsində baş vermiş
ailədaxili münaqişələrdən danışır. Hadisə rayonların
birində baş verib.
Qadının əri evliliklərinin elə ilk həftəsində qızı evdə
qoyub Rusiyaya gedir. Evdə tək qaldığından qayınanasıgil
gəlin əriylə internet üzərindən danışsın deyə evə kompüter
alır. “Facebook”da qeydiyyatdan keçən qız bir oğlanla
tanış olur. Bİr müddət danışıb dərdləşirlər. Qız ərinin onu
qoyub getdiyini və tək darıxdığını deyir.
Həmin oğlan da başlayır bu qıza sevgidən, eşqdən
danışmağa. Beləcə, qızı ələ alır. Və bir gün qız bu oğlana
görə, evdən qaçır. Təsadüfən polis onların olduqları
məkanda reyd keçirir və qız aşkarlanır. Hüquq mühafizə
orqanları qızı göndərdilər bizim sığınacağa. Burda
psixoloji və digər yardımları göstərmək istəsək də,
qohumlarının basqısıyla qız evinə qayıtdı.
Sonra eşitdik ki, əri təcili Rusiyadan qayıdıb. Qızın
ailəsi baş vermiş hadisəni oğlanın ailəsindən gizlətsə də,
oğlan məsələni öyrənir və qızı öldürməklə hədələyir.
Atasının evində bir müddət qalandan sonra o qız yenə
evdən qaçdı. Hazırda qızın harda və kiminlə olduğu haqda
heç bir məlumat yoxdu.
M. Zeynalova oxşar hadisənin yaxın vaxtlarda başqa
rayonda da baş verdiyini deyir. O bildirir ki, sosial
şəbəkələrdən birində başqasıyla tanış olan qadın evdən
qaçıb. İndi əri onu öldürmək üçün axtarır. Və bütün kənd
camaatı qadının öldürülməsini dəstəkləyir.
Təcrübəsində bu kimi hadisələrə çox rast gəlib. İnternet
ondan düzgün istifadə etməyənlər üçün bir tələdir. Nəinki evli
qadınlar, hətta subay qızlar da internetin qurbanına çevrilir.