Page 129 - Pure Life 11
P. 129
/
(
128 PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
Sosial şəbəkələrin Ailə Modelinə Müsbət və Mənfi Təsiri
İnformasiya Texnologiyalar İnstitutunun “İnternetşünaslıq
problemləri” sektorunun müdiri Rasim Mahmudovun
fikrincə, adətən sosial şəbəkələrin faydalarından
danışılmır: “Daha çox fəsadlarından danışılır. Məsələn,
internet ailə dağıdır: “Yoldaşım “Facebook”da başqa
adamla tanış olub, ailəmizi dağıtdı”.
Lakin demirlər ki, biz “Facebook”da tanış olub
evlənmişik. Sosial şəbəkələr vasitəsi ilə tanış olub ailə
qururlar. Bu sosial şəbəkələrin ailə modelinə müsbət təsiri.
Cəmiyyətdə buna rəy yaxşı olmadığından, qeyri-ciddi
yanaşıldığından ailələr bunu ictimailəşdirmirlər. Gizli
saxlayırlar. Son zamanlar internet vasitəsi ilə tanış olub
ailə quranların sayı hədindən çoxdur. İnternetdə tanış olub
ailə qurmağın heç bir qəbahəti yoxdur. İnternet sadəcə
vasitəçi kimi qonşunu, xalanı, bibini əvəz edir”.
R. Mahmudov onu da deyir ki, eyni zamanda internet
ailələrin dağılmasında katalizator rolunu oynayır:
“İnternet vasitəsi ilə ər, ya arvad kiminləsə tanış olur.
Başlayır yazışmağa, görüşməyə. Bəzən elə olur ki, ailələr
boşanma həddinə çatır. Yaxud boşanmadan ər, ya arvad
özünə sevgili tapır, onunla ünsiyyətdə olur. Bu da
internetin ailə modelin mənfi təsiridir. Amma bunu sadəcə
internetə bağlamaq düzgün deyil. İnternet o insan üçün
əlverişli mühit yaranır. Ona qalsa, insanlar iş yerində də,
küçədə də yeni adamlarla tanış ola bilər.
Əvvəllər insanlar telefon vasitəsi ilə tanış olurdular. Qızlar,
oğlanlar tanımadıqları nömrələrə zəng edir, ünsiyyət
qururdular. Bunlar hamısı əslində insanın öz tərbiyəsi,
mənəviyyatı ilə bağlı məsələlərdir. Kommunikasiya imkanlar
genişdir. Bundan mənfi, yaxud müsbət dərəcəsindən istifadə
etmək insanın öz dünya görünüşü, əxlaqından asılıdır.
Həyatda necədirsə, internetdə də özünü elə aparacaq”.