Page 128 - Pure Life 11
P. 128

Sosial şəbəkələrin Həyatımızdakı
                                   Rolu və Təsirləri

                              Müəllif: Mehdi Barov (Azərbaycan)
                                                              1
                         Alınan Tarix: 17/01/2016             Qəbul Tarixi: 01/03/2017

               Məqalənin xülasəsi
               “Global Stats" statistik mərkəzinin hesablamalarına görə,
               son bir ildə Azərbaycanda “Facebook” sosial şəbəkəsinin
               istifadəçilərinin  sayı  kəskin  artsa  da,  “Youtube”  və
               “Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.
               Ölkəmizdə “Facebook” sosial şəbəkəsinin payı 23,3 faiz
               artaraq  sosial  media  bazarının  89,73  faizini  təşkil  edib.
               İstifadəçi marağına görə, ikinci yeri (2,9 faiz) “Youtube”
               sosial şəbəkəsi tutub. Üçüncü yerdə 2,24 faiz bazar payı
               ilə  “Twitter”  sosial  şəbəkəsi  yerləşib.  Eyni  zamanda,
               “Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1
               faizdən aşağı düşüb, halbuki, ötən ilin müvafiq dövründə
               bu  rəqəm  5,11  faiz  təşkil  edirdi.  “Azərbaycanda  sosial
               şəbəkələrə qoşulanların sayı 2 milyona çatıb”. Bu barədə
               isə Lent.az-a  rabitə  və  texnologiyalar  nazirliyinin
               mətbuat  xidməti  Müşfiq  Əmirov  məlumat  verib.  Onun
               sözlərinə görə, “Facebook” abunələrinin sayı isə milyon
               yarıma  yaxınlaşıb.  Bu  da  o  deməkdir  ki,  Azərbaycanda
               hər 4-5 nəfərdən biri internet istifadəçisidir.


               Açar Sözlər: Sosial şəbəkələrin, Həyatımızd, Rolu və Təsirləri










               1.  Araşdırmaçı  in  Əl-Mustafa  Beynəlxalq  Universiteti,  Qum,  iran,
               barov.mehdi@yahoo.com
   123   124   125   126   127   128   129   130   131   132   133