Page 133 - Pure Life 11
P. 133
(
/
132 PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial
şəbəkələrə maraq gündən-günə artır. Belə olan halda,
ortaya bir çox suallar çıxır: sosial şəbəkələr zərərlidirmi?
Virtual dünya canlı ünsiyyətdə problemlər yaradırmı?
Və ən əsası internet asılılığından necə qurtulmaq olar? Bu
suallarla ekspertlərə müraciət etdik.
Psixoloq Dəyanət Rzayev sosial şəbəkələrin
istifadəçilərdə müəyyən mənada asılılıq yaratdığını bildirdi:
"İnsanda daimi tələb yaranır ki, aramsız ondan istifadə etsin,
nəyəsə baxsın. Bu da çox vaxt aparır. Sosial şəbəkələrdən
çox istifadə həyəcanlar, narahatlıq yarada bilər.
Olur ki, insan bir balaca vaxtı olan kimi məlumat almaq
və ya ona nə yazıldığını görmək üçün sosial şəbəkəyə
daxil olmaq istəyir. Bu baxımdan asılılıq yarada bilir".
Psixoloq sosial şəbəkələrin bütün problemlərin səbəbkarı
kimi qələmə verilməsini də düzgün saymır: "Sosial
şəbəkələr insanların həyatında öz mövqeyini
dərinləşdirdikcə insanlar real ünsiyyətdən uzaqlaşırlar və
sosial şəbəkədə daha çox ünsiyyətdə olurlar.
Səmimiyyət isə daha da zəifləyir. Amma bunda tam
olaraq sosial şəbəkələri də günahlandırmaq düzgün
olmazdı. Axı bu sosial şəbəkələrin xeyir də var.
Bir-birindən uzaqda yaşayan insanlar da əlaqə yarada
bilir. Sosial şəbəkələr, əksinə, neçə-neçə insanları
ünsiyyətə cəlb edə bilir". Psixoloq sosial şəbəkələrdən
zərərli vərdişlər üçün istifadənin daha çox gənclər
arasında yayıldığını vurğuladı. D.Rzayev intiharların bir
səbəbini də virtual ünsiyyətdə görür.
Onun fikrincə, insanın nəinki təkcə insanla, həm də
təbiətlə, digər canlılarla ünsiyyəti virtual ünsiyyətdən qat-
qat üstündür. Psixoloqun fikrincə, sosial şəbəkələrdən
tamamilə imtina etmək də doğru olmazdı: "Bütövlükdə
bu, zamanın tələbidir və bunu heç vaxt ləğv edə bilmərik.