Page 134 - Pure Life 11
P. 134

Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /133

                  Amma  onu  demək  önəmlidir  ki,  həddən  artıq  vaxt
               aparır.  Ümumiyyətlə,  sosial  şəbəkələrdə  maksimum  bir,
               ya  iki  saat  oturmaq  olar.  Ondan  artıq  oturmaq  düzgün
               deyil".
                  Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə hesab
               edir  ki,  sosial  şəbəkələr  ailələrdə  problemlərə  səbəb  olur:
               "Şəbəkələrin ailələrdə münaqişə yaratması halları da artıb.
                  Ailələrdə  xəyanət  hallarının  artmasında  da  sosial
               şəbəkələrin  rolu  böyükdür.  Bəzən  də  sosial  şəbəkələrdə
               qurulan     ünsiyyət    xəyanət     kimi    dəyərləndirilərək
               boşanmalara  səbəb  olur.  Ancaq  sosial  şəbəkələr  tənha
               insanların həyatında danılmaz müsbət rolu oynayır.
                  Bəzən  şəbəkələrdə  qurulan  münasibətlər  bu  insanların
               tənhalığına  son  qoyur  və  ya  onlar  ünsiyyətə  girdikləri
               üçün  özlərini  psixoloji  baxımdan  rahat  hiss  edirlər.  Ona
               görə  də  bu  şəbəkələri  lazımsız  kimi  dəyərləndirmək
               olmaz.  Sadəcə,  məsələyə  daha  açıq  gözlə  və  çərçivədən
               çıxmamaq şərti ilə yanaşmaq lazımdır".
                  Azərbaycan  İnternet  Forumunun  prezidenti Osman
               Gündüz sosial  şəbəkələrə  marağın  sayının  artmasını,
               internetinin  inkişaf  göstəricilərindən  biri  olduğunu  deyir:
               "Ancaq bu sahədə neqativ hallar da az deyil. Məsələn, bu
               gün çoxları "Facebook"dan necə istifadə etməyi bilmir.
                  Sosial şəbəkədən çat kimi istifadə edənlərin sayı daha
               çoxdur.  İnkişaf  etmiş  ölkələrə  isə  sosial  şəbəkələr
               müzakirə,  diskussiya  yeridir.  Hesab  edirəm  ki,  vəziyyət
               getdikcə  dəyişəcək  və  şəbəkələr  sosial  mövzuların
               diskussiya  yeri  olacaq.  Sosial  şəbəkələrin  ailələrə  mənfi
               təsirinə  gəldikdə  isə  bu  fikirlərlə  razı  deyiləm.  Bu
               məsələni  ümumiləşdirmənin  əleyhinəyəm.  Buna  fərdi
               şəkildə yanaşmaq lazımdır.
                  Real  həyatda  da  ailədə  xəyanətlər  olur.  İnternet  olmasa
               belə, bunu istəyən insan niyyətini reallaşdırır.
   129   130   131   132   133   134   135   136   137   138   139