Page 197 - Pure Life 03
P. 197
İrfan və mənəviyyatın həyatımızdakı rolu / 217
Buna əsasən də, bu terminin həddləri, onu
başqalarından fərqləndirən sərhədləri, yaxud onun ifran və
din kimi terminlərlə ortaqlığı o qədər də məlum deyil.
Amma bu haqda qəti şəkildə demək olar ki, elə buna
görə də qərblilər sekolarizm və humanizm əsaslarına
söykənərək müaisr insanın mənəvi ehtiyaclarına cavab
vermək istəyirlər. Buna görə də, Qərbdə formalaşan
mənəviyyat ümumi olaraq sekolar mənəviyyatlar
növündəndir və liberalizm dünyagörüşü, ideologiyası ilə
uyğundur. Misal olaraq, Qərbdə aktiv olan Buddizm,
Hinduizm, Çinizm kimi bəzi Şərq, yaxud da istər avropalı,
amerikalı, qırmızıdərililərə məxsus olsun, ümumiyyətlə
Qərb mənəviyyatlarını göstərmək olar. Bunların hamısı ya
Qərbin sekolar prinsipləri ilə uyğundur, ya da Qərb
informasiya vasitələri ilə təbliğ olunan rənglərlə
çöhrələnmiş Qərb mənşəli mənəviyyatlarladır.
Yeni mənəviyyatçılıq, mənəviyyat üçün hətta Allaha
etiqad etməyin zəruri olmadığını deyir. O ki, qaldı din.
Onların əksəriyyəti mənəviyyatı ilahi dinlər dairəsindən
kənarda axtarırlar, yaxud da ən azı ona nail olmağı din və dini
maarif tərəfindən gözləmirlər, tələb etmirlər. Mənəviyyata
belə yanaşmağın nəticəsidir ki, hətta şeytanpərəstlik və
cindarlıq da mənəvi ayinlər zümrəsindən sayılır.
Bəzi daxili yazıçılar da belə iddia etmişlər ki, “mənəvi
həyat, zəruri olaraq köklü qədim dinlərdən birinə bağlı olması
mənasında deyil, əksinə, insana aramlıq, şadlıq, ümid verən
1
aləmə, insana baxış dünyagörüşünə sahib olmaqdır” . Bu
tərifdə mənəviyyat və dindarlıq arasında ayrılmaz rabitə
yoxdur. Müasir insanın bu növ mənəviyyata ehtiyacı oradan
qaynaqlanır ki, müasir həyat və zaman ruhi problemlər,
çətinliklər, iztirablar, qəm-qüssə, ürək sıxıntıları, özünü itirmə
və puçluq hissi yaşadır, müasir elm və ağıl da bu ruhi və
psixoloji problemləri həll edə bilmir.
1. “Azadlığa tərəf”, Mustafa Məlikiyan.