Page 217 - Pure Life 03
P. 217
“LOĞMAN” SURƏSİNDƏ İNSANIN
ETİK-MƏNƏVİ DƏYƏRLƏRİ
(Ayətullah Cəfər Sübhaninin “Loğman
surəsinin təfsiri” əsəri kontekstində)
1
Müəllif: Dr. İbrahim Zöhrab oğlu Quliyev (Azərbaycan)
Məqalənin qısa xülasısi
Məqalədə, dəyərli alim Ayətullah Cəfər Sübhaninin
yazdığı “Loğman surəsinin təfsiri” adlı məşhur əsəri
araşdırılmış, Loğmanın (ə) görünüşü, əxlaqi
xüsusiyyətləri, məqamı, sənəti, vətəni haqda məlumat
verilmişdir. Həmçinin Loğman surəsinin nazil olma yeri,
nazil olma səbəbi, surənin əsas hədəfi barədə ətaflı
araşdırma aparılaraq geniş bəhs edilmidir.
Giriş
Dəyərli alim Cəfər Sübhani (doğ. 1928) yazdığı “Loğman
surəsinin təfsiri” adlı məşhur əsərində insanın tərbiyəvi
xüsusiyyətindən, onun kamilliyə yetişməsində ən mühüm
amillərdən biri kimi tərbiyənin rolundan bəhs etmişdir. Müəllif
adını qeyd etdiyimiz əsərə ilk öncə müqəddimə yazmış, burada
tərbiyə sözünün lüğəvi və əxlaqi-fəlsəfi mənaları, tərbiyəçinin
əsas xüsusiyyətləri, insanın etik-mənəvi dəyərləri, insanın mənəvi
təkamülünün yolları və s. haqqında geniş məlumatlar vermişdir.
Müqəddimədən sonra “Loğman” surəsinin mahiyyəti,
surənin nazil olduğu yeri, surənin hədəfi, əsas xüsusiyyətləri,
onun tərbiyəvi əhəmiyyəti, bir sözlə bu surənin tarix boyu
insanların mənəvi mədəniyyətinin formalaşmasında və
kamilləşməsindəki rolundan bəhs etmişdir.
1. Fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı İslam Universitetinin müəllimi,
Bakı, Azərbaycan, quliyev.ibrahim.78@mail.ru