Page 212 - Pure Life 03
P. 212
202 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)
Surənin məqsədi
Surə insanların şirki tərk edib İslama yönəlmələri və
insanların mənəvi mədəniyyətlərini zənginləşdirmək üçün
nazil olmuşdur. Çünki onun nazil olduğu dövrdə ata-
analar uşaqlarına təzyiq edir, kölələr ağalarının təzyiqinə
məruz qalırdılar. Quranın insanları özünə cəlb edən ilahi
üslubu qarşısında çarəsiz qalan müşriklər müxtəlif yollara
baş vururdular. Bunlardan biri də yuxarıda qeyd etdiyimiz
kimi, Nəzr İbn Hərisdir.
Surə insanları haqq yoldan sapdıran, həqiqəti boş sözlərlə
dəyişdirən və Allahın ayələriylə lağ edənlərin vəziyyətlərini
təhdidedici bir üslubla ortaya qoyaraq, onların axirətdə
uğrayacaqları rüsvayedici əzaba toxunaraq bəyan edir:
“İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən
(tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan
(islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə
qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar.
Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (8, Loğman, 6).
Sözü gedən ayəni izah edən müəllif İslam müxaliflərinin
Peyğəmbərlə (s) mübarizə aparmaq üçün ona töhmət
vurmaları, onun tərəfdarlarının incidilməsi, keçmiş
əfsanələri danışmaqla insanları Quranın maarifindən
uzaqlaşdırılması, belə mənfur əməllərin dövrümüzdə də
davam etdiyini, bəzi əyləncə vasitələri ilə insanların
əxlaqının pozulması, şüurlu şəkildə yaradılmış kazino, bar
və digər mərkəzlərin cavanların tərbiyəsini pozmasındakı
rolunu və həmçinin bəzi serialların da insanların
mənəviyyatına vurduğu zərbələrdən bəhs etmişdir. (1, səh.
29-31).
Loğmana (ə) hikmətin verilməsi ilə davam edən surə, ilk
olaraq hikmətin mahiyyətinin nəyi tələb etdiyi: “Həqiqətən,
Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik. Kim
(Allahın nemətlərinə) şükür etsə, özü üçün şükür edər.