Page 213 - Pure Life 03
P. 213
“LOĞMAN” SURƏSİNDƏ İNSANIN ETİK-MƏNƏVİ DƏYƏRLƏRİ/ 201
Bu surə nazil olmaqla Nəzr kimilərin sözlərini batil
etmiş və Qurani-kərimin keçmiş dastanları nəql etməkdə
məqsədinin insanları təlim-tərbiyəyə cəlb etmək, onların
mənəvi dünyasının zənginləşdirilməsini izah etməyə
çalışmışıdr.
Bəzi təfsirçilərə görə isə, surənin nazil olmasına əsas
səbəb qüreyşlilərin Peyğəmbərdən (s) Loğman (ə)
haqqında etdikləri sualdır. (2, c. XXI, səh. 138).
Digər təfsirçilər isə, Nəsr bin Hərsin haqqında nazil
olmuşdur. (7, c. XI, səh. 169).
Bunu Cəfə Sübhani də qeyd etmişdir. (1, səh. 29).
Surənin əsas hədəfi
Qeyd etdiyimiz kimi, surə mənəvi-əxlaqi məsələlərdən,
xüsusilə də valideyn-övlad münasibətlərindən bəhs edir.
Burada daha çox diqqət övladın necə böyüdülməsi, ona
necə tərbiyə verilməsi, tərbiyə zamanı hansı üsullardan
istifadə edilməsindən söhbət açılır.
Loğmanın (ə) öz oğluna etdiyi nəsihətdə onun çox
mötədil olduğu, təmsillərdən istifadə etdiyi və çox
yumşaq, başa düşülən tərzdə öz oğluna tərbiyə verdiyini
görürük. Həmçinin, surədə bütövlükdə bəyənilmiş və
ictimai əxlaqdan da geniş bəhs edilmişdir.
Həmçinin, surədə bəhs edilən əsas mövzular Allahın
işlərinin hikmətli olması, Loğmanın (ə) öz oğluna
nəsihətləri, Nəzr bin Harisin boş-boğaz söhbətləri,
müşriklərin işləri, İslam dininin məziyyətləri, Qurana
qarşı gələnləri rədd etmək, şeytanın işlərindən xəbərdarlıq,
Loğmanın (ə) qissəsinin əsas mahiyyəti və s. haqqında
söhbət açılıb.
Bütün bu xüsusiyyətlərlə yanaşı, Cəfər Sübhani surənin
əsas hədəfinin şirk və çoxallahlıqla mübarizə olduğunu,
diqqətin daha çox Allaha və axirət gününə yönəldildiyini
yazır. (1, səh. 15).