Page 216 - Pure Life 03
P. 216
198 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)
Müəllif surənin təfsirini yazarkən surənin ilk ayəsinin
“müqəttəə” hərflərindən ibarət olduğunu, bu haqda təfsir əhlinin
ümumi fikir və nəzəriyyələrindən bəhs etmiş və daha sonra isə
sözü gedən ayəni hədisi-şəriflər əsasında izah etməyə çalışmışdır.
O, bu ayəni izah edərkən X əsrin dahi hədisşünaslarından olan
Şeyx Səduqun (915-991) belə nəql etdiyini yazır:
“Qüreyş və yəhudilər Qurana töhmət vuraraq onu bir
cadu hesab edirdilər. Lakin Allah “Əlif. Lam. Mim.
Zalikəl-Kitab”, – deyə buyurmuşdur. Yəni, ey Məhəmməd,
sənə nazil etdiyimiz bu kitab hərflərdən - əlif, lam, mim –
təşkil edilib. Sizə göndərilən bu kitab, danışdığınız dildə
nazil edilib. Əgər doğru deyirsinizsə, qalxın, bir-birinizə
kömək etməklə onun qarşısını alın.” (1, səh. 19).
Surənin adı
Surənin adı Loğmanın (ə) şərəfinə onun adı ilə
adlandırılmışdır. Çünki adı çəkilən surədə Loğmanın (ə)
öz oğluna etdiyi nəsihətlərdən bəhs edilir. Xatırladaq ki,
təfsir kitablarında bu surənin yalnız bir adı keçir. Halbuki
başqa surələrin əksəriyyətinin bir neçə adının olması
məlumdur. Nazil olma ardıcıllığı baxımından isə bu surə
57-ci surə hesab olunur. O “Səba” surəsindən əvvəl, “əs-
Saffat” surəsindən isə sonra nazil olmuşdur. (2, c. XXI, səh. 137-138).
Loğmanın (ə) kimliyinə gəldikdə isə, onun haqqında
Əhməd bin Ömər əl-Qürtubinin (öl. 1258) verdiyi
məlumata görə o, Əykə əhlindəndir. (3, c. XVI, səh. 50).
Loğmanın adının etimologiyası haqqında təfsirçilər müxtəlif
fikirlər söyləyirlər. Bəzi alimlərə görə “Loğman” sözü ərəb mənşəli,
digərlərinə görə isə, ərəbləşmiş əcnəbi sözüdür. (2, c. XXI, səh. 151).
Onun nəsəbi haqqında iki məşhur fikir vardır. Birincisi
budur ki, o, Loğman bin Baura bin Nahur bin Tarixdir
(İbrahim peyğəmbərin (ə) qardaşı). İkinci görüşə görə isə,
Loğman bin Ənqa bin Sərurdur (Əyyub peyğəmbərin (ə)
bacısı oğlu və ya xalası oğlu) (3, c. XVI, səh. 467).