Page 214 - Pure Life 03
P. 214
200 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)
Surənin ayə sayı
“Loğman” surəsinin sayı haqqında təfsir əhli müxtəlif
fikirlər irəli sürmüşlər. Məkkə və Mədinə əhlinə görə, surə
33 ayədən, Bəsrə, Kufə və Şam alimlərinə görə isə, 34
ayədən ibarətdir. (2, c. XXI, səh. 138).
Surənin nazil olma yeri
Təfsir alimlərinə görə “Loğman” surəsinin iki ayəsini
çıxmaq şərtilə qalan bütün ayələri Məkkədə nazil
olmuşdur. Qətadən nəql olunmuş bir hədisə üstünlük
verən alimlər onun iki ayəsini, İbn Abbasdan gələn
rəvayətə əsaslanan alimlər isə surənin 27-28-ci ayələrini
istisna tutaraq onun Məkkədə nazil olduğunu qeyd
etmişlər. (3, c. XVI, səh. 468).
Cəfər Sübhani də surənin Məkkədə nazil olduğunu və
buna görə də Məkki surələrindən sayıldığını qeyd etsə də,
bəzi təfsirçilərə görə onun 27, 28 və 29-cu ayələrinin isə
Mədinədə nazil olduğunu bildirir. Lakin təfsirçilərin bu
fikirləri ilə tam razılaşmayan müəllif, o ayələrin də
Məkkədə nazil olmasını qeyd etmişdir. (1, səh. 19).
Surənin nazil olma səbəbi
Surənin nazil olma səbəbinə gəldikdə, təfsir kitablarında
onun Nəzr bin Haris haqqında olduğunu yazırlar.
Xatırladaq ki, Nəzr bin Haris əcnəbi kitabları, xüsusilə
də fars ədəbiyyatına aid kitabları alaraq oradakı “Rüstəm
və İsfəndiyar” haqqındakı dastanları qüreyşlilərə
danışarmış. Onun belə dastanları nəql etməkdə məqsədi
isə Peyğəmbərimizin (s) sözlərini batil etmək, ona qarşı
cəbhə açmaq olmuşdur.
Çünki mənbələr Nəzrin: “Məhəmməd sizə Ad və
Səmud qövmlərindən danışdığı kimi, mən də sizə
“Rüstəm, İsfəndiyar və Bəhram”dan danışıram” – dediyini
nəql edirlər.