Page 215 - Pure Life 03
P. 215
“LOĞMAN” SURƏSİNDƏ İNSANIN ETİK-MƏNƏVİ DƏYƏRLƏRİ/ 199
Loğmanın (ə) görünüşü
Əksər hədislər Loğmanın (ə) qaradərili, zənci, dodaqları iri,
pəncəli və balacaboylu olduğunu bildirir. (4, c. XI, səh. 624).
Loğmanın (ə) əxlaqi xüsusiyyətləri
Loğmanın (ə) əxlaqi xüsusiyyətləri qeyd etdiyimiz surə ilə yanaşı,
bir çox hədisi-şəriflərdə də öz əksini tapmışdır. O, hədislərdə öz
dövrünün insanlarının ən yaxşısı, yumşaq sözlüsü, mülayim
qəlblisi, iffətlisi, əmanətdarı, ən ağıllısı, natiqlik məharətinə malik
olan şəxsi kimi xarakterizə olunur. (4, c. XI, səh. 630).
Loğmanın məqamı
Loğmanın (ə) peyğəmbər olub olmaması haqqında müsəlman
mənbələrində nəql olunmuş hədislər ziddiyyətlidir. Nəql
olunmuş hədislərin çoxuna görə o, peyğəmbər olmamışdır.
Amma İkrimə və Şəbi kimi alimlərə görə o, peyğəmbər imiş.
Loğmanın sənəti
Onun sənəti haqqında da ixtilaf var. Bəziləri onun dülgər,
bəziləri dərzi, bəziləri isə onun bəni-İsrailin qazısı olduğu
görüşündədirlər. (5, c. VII, səh. 181).
Loğmanın (ə) vətəni
Onun haralı olması haqqında müxtəlif fikirlər vardır. İbn
Abbas onun həbəşli bir qul olduğunu, İbn Müsəyyib isə
onun misirli olduğunu söyləmişdir. (6, c. XVIII, səh. 546).
Loğmanın (ə) peyğəmbər olub olmamasından asılı
olmayaraq Qurani-kərimi onu xüsusi fəxarətlə yad etmiş,
ona elm və hikmətin verildiyini vurğulamış, Loğmanın (ə)
xüsusi məziyyət və əxlaqa sahib olduğunu önə çəkmişdir. O,
təkcə Quran və hədisdə deyil, o cümlədən dünya fəlsəfi fikir
mədəniyyəti tarixində də özünəməxsus yer eləmiş nadir
şəxslərdəndir. Mənbələr onun çoxlu hikmətli kəlamlarından
ibarət kitabın olmasını da qeyd edirlər. (2, c. XXI, səh. 150).
Onun nəsihətli sözləri haqqında aşağıdakı mənbələrə
müraciət etmək olar (5, c. VII, səh. 181).