Page 132 - Pure Life 11
P. 132

Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /131

                  Bu ayrı bir problemdir. Ümumi problemdən danışırıqsa,
               ailə daxili münasibətlər şəffaf olmalıdır və tərəflərin bir-
               birinin qarşısında öhdəliyi olmalıdır”.


               Nə Etməli?
               E.  Rüstəmov  sosial  şəbəkələrin  ailə  modelinə  müsbət
               təsiri   olduğunu      da     deyir:    “Ailəvi    tədbirlərin
               işıqlandırılması  ailə  daxilində  münasibətlərin  yaxşı
               olmasına  şərait  yarada  bilər.  Burda  da  yenə  ehtiyatlı
               olmaq lazımdır.
                  Yaxud  qohumlar  arasında  ünsiyyət  saxlamaq  üçün
               internet  yaxşı  vasitədir.  Sosial  şəbəkələrdə  hədindən  artıq
               vaxt  keçirilməməli,  daha  çox  ailə,  uşaqla  ünsiyyətdə
               olunmalıdır.  Bəzən  buna  görə  ailələrdə  yuxu  rejimi  də
               pozulur.  Ana  uşağıyla  maraqlanmalı,  uşaq  yatandan  sonra
               sosial şəbəkələrdə vaxt keçirməli. Amma internetdən istifadə
               asılılıq vəziyyətinə keçəndən çox pis nəticələrdə olur”.


               Sosial şəbəkə "Xəstəliyindən" Necə Qurtulmalı?
               Sosial  şəbəkələr  insan  həyatının  ayrılmaz  hissəsinə
               çevrilib.  İndi  hər  üç  nəfərdən  azı  biri  gününün  böyük
               hissəsini sosial şəbəkələrə həsr edir. Müasir dövrdə sosial
               şəbəkə  dedikdə  isə  ağıla  daha  çox  "feysbuk"  (Facebook)
               və  "tvitter"  (Twitter)  gəlir.  Dünyanın  ən  nüfuzlu  sosial
               medialarından biri olan "feysbuk" 2004-cü ildə yaradılıb.
               Hazırda  700  milyona  yaxın  üzvü  olan  "feysbuk"un  illik
               gəlirinin təxminən 51 milyard dollar olduğu bildirilir.
                  Sosial  şəbəkələrdən  asılılıq  isə  sosial-ictimai  həyata
               təsirsiz  ötüşmür.  Bu  gün  ailələrin  dağılmasında,  ictimai
               fikrin formalaşmasında, dövlət çevrilişlərində, aksiyaların
               təşkilində və sairədə sosial şəbəkələrin böyük təsiri var.
   127   128   129   130   131   132   133   134   135   136   137