Page 211 - Pure Life 03
P. 211
“LOĞMAN” SURƏSİNDƏ İNSANIN ETİK-MƏNƏVİ DƏYƏRLƏRİ/ 203
Kim nankor olsa, (bilsin ki) Allah onun şükürünə
möhtac deyildir, (özlüyündə) şükürə (tərifə) layiqdir!
(Onun bütün işləri bəyəniləndir!)” (8, Loğman, 12)
ifadəsiylə vurğulanmaqdadır. Allahın hər cür nemətinə
qarşı Ona şükr etmək hikmətlə dolu bir hərəkəti ifadə
etməkdədir. Bunların ardınca da Loğmanın (ə) oğluna
verdiyi nəsihətlər gəlməkdədir. Allah bu ayələrdə insanın
ruhi dərinliklərinə xitab edən bir üslubla onu həqiqətləri
qavramağa, başa düşməyə çağırır. Bir insan başqalarına
öyüd verərkən səmimi olmaya bilər.
Ancaq bir atanın öz oğluna nəsihət verərkən səmimi
olmaması mümkün deyil. Çünki ata oğlunun mütləq yaxşılığını
istəyir. Bu ayələrlə Allah müsəlman olanların uşaqlarına təzyiq
edən məkkəli müşrik ailələrin daxili aləmlərinə də xitab
etməkdədir. Loğman (ə) oğluna belə öyüd verir: “..Oğlum!
Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük
zülmdür! (Ağır günahdır!).” (8, Loğman, 13). Görüldüyü kimi,
zülmün ən böyüyü Allaha şirk qoşmaqdır. Bu ayədə uşaqlarına
İslamdan dönüb Allaha şirk qoşaraq ən böyük zülmü tələb
etmək istəyən məkkəli müşriklərin bunu edərkən, öz uşaqlarına
qarşı belə davranmaqla insan fitrətinə nə qədər zidd hərəkət
etdiklərini ortaya qoyulmaqdadır.
Müsəlmanlardan ana və atalarına yaxşı davranmaları
istənilir, Allaha şükr ilə ana-ataya təşəkkür mövzusu: “Biz
insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı
baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik”
şəklində qeyd edilərək məsələnin əhəmiyyəti vurğulanır.
Surədə diqqəti çəkən xüsusi məqamlardan biri də
etiqadın, sağlam əqidənin hər bir şeydən, hətta ata-anadan
da əziz olduğudur. Buna işarə edən ayə: “Əgər (ata-anan)
bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd
göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya
işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib
Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut.