Page 199 - Pure Life 03
P. 199
İrfan və mənəviyyatın həyatımızdakı rolu / 215
Sufiliyin rəvayətlrdə də məzəmmət olunması ondan
xəbər verir ki, belə təriflərin xarici obyektiv aləmdə
nümunəsi yoxdur. Əks halda İmamların (ə) sufilərlə ciddi
ciddi müxalifətçiliyinə yer yoxdur. Həzrət Rəsulallahdan
(s) sufilərin məzəmməti haqqında belə nəql olunmuşdur:
O həzrət (s) Əbuzərə buyurdu:
“Axirəzzamanda bir qrup meydana gələr ki, yay-qış yun
paltar geyinərlər, güman edərlər ki, yun paltar geyinməklə
başqalarından üstündürlər. Belləri səmavi mələklər və yer
üzündə olan mələklər tərəfindən lənət və nifrin olunarlar”.
Yaxud da o həzrətdən (s) nəql olunan başqa bir hədisdə,
sufiləri kafirlərdən daha azmış şəxslər kimi tanıtdırır və onların
atəş əhli olduqlarını deyir və haqlarında belə buyurur: “Onların
səsi uzunqulağın səsi kimidir”. Bir qrup sufi İmam Rzaya (ə)
Məmunun müavinliyini qəbul etdikdən sonra belə dedilər:
“Sizlər hərçəndki bu məqama ən layiqli olanlarsınız, amma yun
paltar geyinməli və sufilərin zahirinə uyğun olmalısınız”.
İmam (ə) onlara tənə vuraraq belə dedi: “Niyə əsas olanı
kənara qoyub ikinci dərəcəli şeyələrdən yapışmısınız?! Hakimin
əsas vəzifəsi rəftar və hökm verməkdə ədaləti icra etmək, sözdə
sədaqətli olmaq və əhdə vəfa etməkdir.” Daha sonra – “Allahın
Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim
haram buyurmuşdur?” ayəsini oxumaqla həzrət Yusifin (ə)
geyim tərzinə işarə edərək onlara çatdırdı ki, Allahın
1
zinətlərindən, nemətlərindən istifadə etməyin iradı yoxdur.
Onlardan bəziləri İmam Rzaya (ə) etiraz etdilər ki, necə zahidlik
iddiası edir, bir halda ki, maddi nemətlərdən çox istifadə edir,
çox bəhrələnirsən! İmam (ə) cavab olaraq təzə və gözəl libasının
altındakı köhnə paltara işarə edərək buyurdu: “Üstdəki geyim
camaat, onun altındakı isə Allah üçündür”. İmam (ə) bununla
2
onlara çatdırdı ki, onların bir çox işləri riya üzündəndir.
1. “Biharul-Ənvar”, c. 1, s. 351, “Həzrət Rzanın (ə) mübahisələri”, 11-ci hədis.
2. Həmin yerdə, c. 8, s. 222, “Namazda icazəli geyim” bölməsi, 8-ci hədis.