Page 198 - Pure Life 03
P. 198
216 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)
İmam Sadiqin (ə) bir qrup sufi ilə qarşılaşması dastanı və o
həzrətin (ə) onlarla mübahisələri geniş şəkildə “Kafi”
1
kitabında gəlmişdir, oxucular ora müraciət edə bilərlər.
Maraqlanan oxucular İmamların (ə) sufilərin məzəmməti
haqqında nəql olunmuş rəvayətlərlə tanışlıq üçün Müəqəddəs
Ərdəbili kimi tanınan Molla Əhməd ibn Məhəmmədə (vəfat:
993 h.q.) aid olan “Hədiqətüş-Şəriət” kitabına müraciət edə
bilərlər. Bu kitabda imamlardan (ə) bu zəmində nəql olunan
çoxlu rəvayətlər toplanmışdır. Hər halda, bu mövzu ilə bağlı
rəvayətlərin bəzilərinin sənəd silsiləsindəki iradları nəzərə
almasaq, ümumi olaraq demək olar ki, bu məzəmmətlər
təsəvvuf haqqında belə təriflərin ən azı bəzi təsəvvuf
iddiasında olanlara aid olmadığına işarə edir, əks halda həqiqi
din övliyalarının məzəmmət obyektinə çevrilməzdilər.
1.3. Mənəviyyat
Son zamanlar yayılmış terminlərdən biri də “mənəviyyat”
sözüdür. Bəzi yazarlar yeni əsri mənəviyyat əsri adlandırmışlar və
hətta belə proqnoz vermişlər ki, XX əsr ya mənəviyyat əsridir, ya
da ümumiyyətlə “əsr” deyilən bir şey olmayacaq. Yəni, bəşər öz
əli ilə yaratdığı kütləvi qırğın vasitələri ilə və modernizm əsri ilə,
müxaniki həyatın tələbləri ilə yanaşı əgər mənəviyyata sarı
yönəlməsə, həlak olmağa sürüknələcək. Abzerovator jurnalı
Fransa çağı Andrey Malrodan nəql edir: bir müddət Fransanın
mədəniyyət naziri işləyən fransız yazıçı yazır: “XXI əsr ya
2
ümumiyyətlə olmayacaq, ya da mənəviyyat əsri olacaq”.
Amma görəsən “mənəviyyat”da məqsəd nədir? Bu
termin neçə vaxtdır ki, qərb yazıçılarının yazılı
ədəbiyyatlarında müzakirə olunur, amma təəssüflər olsun,
indiyə qədər heç bir lüğər kitabları, yaxud
“ensiklopediya”lar bu termin haqqında bütün
nümunələrini əhatə edən dəqiq tərif verməmişdir.
1. “Əl-Furu min Əl-Kafi”, Məhəmməd ibn Yəqub Kuleyni, c. 5,
“Sufilərin İmam Sadiqlə (ə) görüşü” bölməsi.
2. “İmam Xomeyni əsri”, Mir Əhməd Rza Hacəti.