Page 201 - Pure Life 03
P. 201
İrfan və mənəviyyatın həyatımızdakı rolu / 213
Cüneyd Bağdadi deyir: “Təsəvvuf – cəmiyyət ilə olan zikr,
1
dinləməklə olan vəcd və itaət etməklə olan əməl idi”. Yaxud
digər bir yerdə belə demişdir: “Təsəvvuf – heç bir birləşmə
2
olmadan Allahla bir yerdə olmaqdır”.
Yaxud da Əbu Məhəmməd Cəriri (vəfat: 311 h.q.)
təsəvvufun tərifində deyir: “Təsəvvuf – hər bir ali xasiyyətə
3
daxil və hər bir alçaq xüsusiyyətdən xaric olmaqdır”.
Əbülhəsən Nuri demişdir: “Təsəvvuf – bütün nəfsi ləzzətləri
4
tərk etməkdən ibarətdir”. Şibli deyir: “Sufi o kəsdir ki, iki
aləmdə Allahdan başqa heç bir şeyi görməsin”.
5
Əbu Səid Əbul-Xeyr “Təsəvvuf nədir?”sualının
cavabında dedi: “Allah-taalanın əmr və nəhyi müqabilində
səbir etmək (itaətə səbir) və İlahi qəzaya razi və Ona
6
təslim olmaqdır”. Başqa bir yerdə də “Sufi kimdir?”
sualının cavabında belə deyir: “Fikrində olandan
çəkinmək, əlində olanı vermək və sənə gələcək şeyi
7
axtarmamaqdır”. İbn Ərəbi “Təsəvvuf nədir?” sualının
cavabında deyir: “Təsəvvuf şəriətə zahirən və batinən
8
əməl etməkdir və bu, gözəl əxlaqdır”. Başqa bir yerdə
9
deyir: “İlahi əxlaqla zinətlənmək təsəvvufdur”. Seyid
Heydər Amuli yazır: “Təsəvvuf – sözdə, əməldə, düşüncə
10
və halda İlahi əxlaqla zinətlənməkdir”. Sufilərdən birinə
mənsub olan bir şeirdə təsəvvuf belə nəzmə çəkilmişdir:
Təsəvvuf dörd sözdən artıq bir şey deyil,
“Ta”, “Sad”, “Vav”, və “Fa”.
1. “Risaleyi-Quşeyriyyə”.
2. “Misbahul-Hidayə və Miftahul-Kifayə”.
3. Həmin yerdə.
4. “Kəşful-Məhcub”.
5. Həmin yerdə.
6. “Əsrarut-Tövhid fi Məqamatiş-Şeyx Əbi Səid”: Məhəmməd ibn Munəvvər.
7. Həmin yerdə və “Nəfəhatul-Üns”də.
8. “Əl-Futuhatul-Məkkiyyə”: Muhyiddin ibn Ərəbi, c. 2.
9. “Əl-Futuhatul-Məkkiyyə”, c. 2.
10. “Cameul-Əsrar və Mənbəul-Ənvar”: Seyid Heydər Amuli.