Page 202 - Pure Life 03
P. 202
212 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)
Bu təbəqənin “sufi” və bu cərəyanın “təsəvvuf”
adlanmasının səbəbi haqqında bir çox sözlər deyilımişdir:
1. “Yun” paltar geyinmək,
2. “Siffə” səhabələrinə oxşarlıq
3. daxili paklığa sahib olmaq,
4. İlahi dərgaha yaxın olanların (müqərriban)
birinci cərgəsində yer almaq,
5. “Sufanə” kimi səhra bitkiləri ilə qənaətlənmək,
6. “Sufya”dan (hikmət) bəhrələnmək kimi
səbəblərin hər biri müsəlman təhqiqatçılardan bir neçə
nəfərin vasitəsilə bu təbəqənin belə adlanmasının
1
izahındə gəlmişdir.
Bəziləri sufi sözünün tarixini İslamdan öncəki dövrlərə
qədər aparmışlar. Amma hicrətin 2-ci əsrində bu termin
mövcud olması dəqiqdir.
Təsəvvuf və sufinin həqiqətinin izahı üçün müxtəlif
təriflər qeyd olunmuşdur. Söhrəvərdi “Əvariful-Məarif”
kitabında təsəvvuf böyüklərinin nəzərlərinin təsəvvufun
həqiqəti haqqındakı nəzərlərinin mindən çox olduğunu
deyir. Buna əsasən, irfan və təsəvvufun rabitəsinin bəyanı
üçün əvvəlcə gərək təsəvvuf haqqında öz məqsədini
açıqlayaq. Həqiqət budur ki, sufilərin böyüklərinin qeyd
etdiyi təriflərin bəzilərində təsəvvufun irfanla, əsasən də
əməli-irfanla fərqi yoxdur. Misal olaraq, Məruf Kərxi
təsəvvufun tərifində deyir: “Təsəvvuf – həqiqətlərin əxz
olunması, incəlikləri söyləmək və xalqın əlində olanlardan
2
naümid olmaqdır”.
1. “Kəşfül-Məhcub” – Əbül-Həsən Əli ibn Osman Hucveyri, “Risaleyi-Quşeyriyyə”
– Abdulkərim Quşeyri, “Əl-Lümə Fi-Təsəvvuf” – Əbu Nəsr Sərrac Tusi,
“Əvariful-Məarif” – Ömər İbn Məhəmməd Söhrəvərdi, “Əsasul-Bəlağət” – Məhmud
ibn Ömər Zəməxşəri, “Təhqiqum-Ma Lil-Hİnd” (c. 1) – Məhəmməd ibn Əhməd Əbu
Reyhan Biruni, “Hilyətul-Övliya və Təbəqatul-Əsfiya” (c. 1) – Əhməd ibn Abdullah
Əbu Nəim, “Tarixi İbn Xəldun” (c. 1) – Əbdürrəhman ibn Məhəmməd ibn Xəldun,
“Misbahul-Hidayə” – İzzəddin Mahmud ibn Kaşani.
2. “Təzkirətul-Övliya”: Fəridəddin Əttar Nişapuri.