Page 203 - Pure Life 03
P. 203
İrfan və mənəviyyatın həyatımızdakı rolu / 211
Əlbəttə, şiə cəmiyyəti arasında təsəvvuf mənfi yüklü
məna daşıyır, amma irfanın müsbət mənası var. Nəzərə
çarpır ki, təsəvvufun mənfi yükü hicri 11-ci əsrdən və
Sədrül-Mütəəllihin Şirazi (Molla Sədra: vəfatı 1050 h.q.),
Molla Məhəmməd Tahir Qumi (vəfat: 1098 h.q.), Molla
Məhəmməd Baqir Məclisi (1038-1111 h.q.) kimi
şəxsiyyətlərin sufilərlə şiddətli müxalifətçiliklərindən sonra
yayıldı. Bu zamandan sonra, irfan sözü müqəddəs sayıldı
və həqiqi ariflərə aid olunur. Amma təsəvvuf sözü mənfi
məna kəsb etdi və daha çox özlərini arif kimi görtərənlərə,
yaxud yalançı irfanlara haqqında işlənir. Hələ də şiə
arasında bu terminlərin bu mənada işlənir. Buna əsasən,
Molla Hüseynqulu Həmədani, Qazi Təbatəbai, Əllamə
Təbatəbai, İmam Xomeyni kimi şəxsiyyətləri heç vaxt sufi
adlandırmırıq, əksinə, onlara arif deyirik.
Şəhid Mütəhhəri də bu iki terminin fərqinin “irfan”ın
ariflərin əməli mədəniyyətlərinə, “təsəvvuf”un isə onların
ictimai yönlərinə işarə etdiyində olduğunu deyir. İzahı:
Ariflər müfəssirlər (təfsirçilər), müəddisan (hədisçilər,
hədis alimləri), mütəkəllimlər, fəqihlər, ədiblər və şairlər
kimi İslam aləmindəki başqa təbəqələrin əksinə olaraq,
mədəni bir təbəqə olmalarına və əməli və nəzəri hissələrə
bölünən “irfan” adlı bir elm yaratdıqlarına əlavə olaraq,
ictimai bir təbəqə də formalaşdırdılar.
Ariflərin zövq müxtəlifliklərinə baxmayaraq, onlara
müəyyən düşüncələr sisteminə malik olan, hətta başqaları
ilə rabitədə, yaşayışda, geyimdə, üst-başlarına diqqətdə
özlərinə məxsus yolları olan, xüsusi ibadət mərkəzləri və
s. kimi şeylərə malik olan bir-birinə bağlı ictimai bir
təbəqi kimi baxmaq olar. Bu təbəqə nə zaman mədəni bir
qrup kimi nəzərə alnsa, “arif” və nə zaman ictimai
1
yönlərinə işarə olunsa, “sufi” adlanırlar.
1. Mütəhhərinin “Əsərlər Məcmuəsi”, 14-cü cild.