Page 205 - Pure Life 03
P. 205
İrfan və mənəviyyatın həyatımızdakı rolu / 209
Eyni halda, belə idrakı dadan şəxslər ola bilər ki, bunu
başqalarına izah etmək, onları da özlərinin bu mənəvi
təcrübə, batini intiusiyası (şühud) ilə tanış etmək istəsinlər.
Belə olan halda onların məfhumlardan, zehni surətlərdən,
sözlərdən istifadə etməkdən başqa yolları yoxdur. Çünki
sözlərdən və məfhumlardan istifadə etmədən öz mənəvi
təcrübələrini başqalarına çatdıra bilməzlər. İntuitiv (şühudi)
idrak şəxsi, fərdi idrakdır və onu heç bir şəkildə olduğu
kimi başqalarına ötürmək olmur.
Yalnız sözlərdən və zehni surətlərdən istifadə etməklə
onun haqqında başqalarında təsəvvür yaratmaq olar. Belə
bir işə “Nəzəri-İrfan” deyilir. Buna əsasən Nəzəri-İrfan,
“Hüzuri” (vasitəsiz) elmdən “hüsuli” (vasitəli) elm
almaqdan və hüzuri elmi, batini intiusiyanı (şühudu) söz
1
qəliblərinə, zehni məfhumlara tökməkdən ibarətdir.
Hərçənd ki, irfanın öz inkişafının ilkin mərhələlərində
və yaranmasının ilk əsrlərində daha çox Əməli-İrfan
dediyimiz formasında yayılmışdı. Amma bu elm də
həmçinin xüsusi dəlillərə əsasən get-gedə nəzəriləşmiş və
aləmə, insana, Allaha özünün xüsusi baxışı ilə fəlsəfə və
kəlam elmi ilə yanaşı fikri və nəzəri sistem irəli sürən bir
elm kimi çıxış etdi.
Buna görə də Nəzəri-İrfanda varlıq, Allah, insan və
onun son taleyi haqqında danışılır. Əlbəttə, nəzəri-irfan
fəlsəfə, kəlam, Quran və hədislə rabitədə olan fənnlərarası
bir elmdir. Necə ki, əməli-irfan da fənnlərarası elmdir,
çünki fiqh və əxlaqla rabitədədir.
Ola bilər ki, “İrfan termini müqəddəs bir termindir və
onu hər hansı bir şəkildə metafizik məsələlər, yaxud
fövqəl-təbii qüdrətlər haqqında danışan hər bir məktəbə və
qrupa aid etmək layiq deyil” deyilsin.
1. “İslam İrfanı axtarışında”: Misbah Yəzdi.