Page 206 - Pure Life 03
P. 206
208 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)
Yəni Allahın, Onun Adlarının, Sifətlərinin və fellərinin
intiutiv (şühudi) dərkinə yetişmək üçün əməli şəkildə
məşğul olan bir şəxsin yoluna, seyri-sulukuna “Əməli-
İrfan” deyilir. Əməli-irfanda, tövhidin bütün mərhələrində
intiusiya (şühud) məqamına çatmaq üçün salikin özünün,
aləmin və Allahın qarşısında vəzifəsinin nə olmasından,
hansı nöqtədən başlamalı, hansı mərhələləri, mənzilləri və
məqamları arxada qoymasından, hansı mənzildə ona hansı
halların üz gətirməsindən, hər bir mənzil və məqamın
zərəri və bu zərərlərlə mübarizə yollarından danışılır.
1
Az fərqləri olsa da əməli-irfan əxlaq elminə çox bənzəyir.
Daha gözəl təbirlə desək, əməli-irfanı bəzən, “fəlsəfi-əxlaq” və
“nəqli-əxlaq” müqabilindəki “irfani-əxlaq” adı ilə tanınan əxlaq
növündən hesab etmək oalr. Digər əxlaqi təhqiqatlara nisbətən
onun fərqləndirici xüsusiyyəti, insanın vücudi təkamülünü
yalnızca üfüqi müstəvidə yox, əksinə, buna əlavə olaraq şaquli
müstəvidə də inkişafının olduğunu deyir. İddia edir ki, insanın
şaquli istiqamətdə təkamülünü onun öz ixtiyarına qoyur və onu
nəbat (bitki) və heyvan mərtəbəsindən insani, mələk və ilahi
mərhələyə çatdırır.
Buna əsasən, nəqli və əqli əxlaqda şəxsin əxlaqlı olması üçün
məntiqi ardıcıllığın və bir-birinə söykənən nizamın varlığı zəruri
deyil. Amma irfani-əxlaqda xüsusi dərəcələndirmə və
mərhələləri bölmə ilə üzbə-üzük. Xacə Abdullah Ənsarinin
(396-481 h.q.) yazdığı “Mənazilus-Sairin” kitabı əməli-irfan və
2
ya irfani-əxlaq kitablarının ən məşhurdur.
1. M. Mütəhhərinin bu haqda nəzəri ilə tanış olmaq üçün bax: “Əsərlər
Məcmuəsi” kitabı, 14-cü cild.
2. Buna əlavə olaraq, “Tavusul-Fuqara” (fəqirlərin tavusu) ləqəbi ilə tanınmış
Əbu Nəsr Sərracın (vafat: 378 h.q.) “Əllümə-fi-Əttəsəvvuf”, Əbu Talib Məkkinin
(vəfat: 386 h.q.) “Qutul-Qulub fi Müamilətul-Məhcub və Fəsfi Tariqil-Murid ilə
Məqamit-Tövhid”, İbn Sinanın (370 -428 h.q.) ariflərin məqamı haqqında yazdığı
“Əl-İşarat” kitabının 9-cu bölməsi, Əbul-Qasim Quşeyri Nişapurinin (377-465
h.q.) “Risalətul-Quşeyriyyə”, Xacə Nəsirəddin Tusinin (fəvat: 672 h.q.)
“Ovsaful-Əşraf” kitabları əməli-irfana, yaxud irfani-əxlaqa aiddir.