Page 207 - Pure Life 03
P. 207
İrfan və mənəviyyatın həyatımızdakı rolu
Müəllif: Əhmədhüseyn Şərifi
1
Tərcüməçi: Rauf Musayev
2
Məqalənin qısa xülasəsi
Məqalədə irfan və mənəviyyatın insan həyatındakı rolu
haqda bəhs edilmişdir. Həmçinin, şühudi idrakların
çoxluğuna və müxtəlifliyinə diqqə çəkilmiş, amma onların
hamısının irfan olmadığına təkid edilmişdir. İrfanın
əslində, Allah-taalanın, Onun Adlarının, Sifətlərinin və
Fellərinin şühudi və batini idrakından ibarət olması
vurğulanmışdır. Bu məqalədə, məhz belə bir həqiqi irfanın
insan həyatındakı roluna toxunulmuş, araşdırılmışdır.
İrfanın Mənası
“İrfan” və “idrak” sözləri lüğətdə “tanımaq”, “dərk
etmək” mənasınadır. Amma terminologiyada fərqlənirlər.
İdrak hər növ tanımağa və dərkə aid olunur. Amma irfan
isə daxili “intiusiya” (şühud) və batidi tapıntı və dərk
vasitəsilə hasil olan xüsusi idrakdır. Buna əsasən, irfani
idrak əqli idrakdan fərqlənir. İrfani idrak məfhumlar,
sözlər və zehni surətlər növündən deyil.
Əksinə, kəşf etmək və əldə etmək növündəndir.
Əlbəttə, belə bir “tapıntı” hər bir kəs üçün asanlıqla əldə
olunmur. Belə bir dərkə yetişmək üçün xüsusi mərhələlər
qət etməyə, “riyazət”lər (nəfslə mübarizə) yerinə
yetirməyə və mənəvi məşğələlərə ehtiyacımız var. Bu
mənəvi məşqlər və “Seyri-Suluk” metodları və yolları
“Əməli-İrfan” adlanır. Əlbəttə, əməli-irfan başqa bir
termin olaraq bu mərhələləri qət etməyə deyilir.
1. İmam Xomeyni Təhsil və Araşdırma İnstitutu, Qum, iran,
sharifi@sharifi49.ir
2. Əl-Mustafa BeynəlxalqVirtual Universiteti, Qum, iran,
rauf-imranoqlu@yandex.ru