Page 209 - Pure Life 03
P. 209
“LOĞMAN” SURƏSİNDƏ İNSANIN ETİK-MƏNƏVİ DƏYƏRLƏRİ/ 205
Surənin sonuna doğru böyük bəlaların insanları necə
fitrətlərinin tələb etdiyi şəkildə düşünməyə göndərdiyi izah
edilərək belə bir misal verilir: “(Kafirləri) ətrafına kölgə
salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar
bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək
yalnız Ona dua edərlər.
Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən
bəziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bəziləri
isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız çox xain,
nankor olanlar danarlar.” (8, Loğman, 32).
Nəticə olaraq bunu qeyd etmək olar ki, görkəmli
hədisşünas Cəfər Sübhani yazdığı “Loğman surəsinin
təfsiri” əsərində bəşəriyyətin mənəvi problemlərindən,
İslam düşmənlərinin İslama və müsəlmanlara zərbə vurmaq
üçün istifadə etdikləri vasitələrdən, daha sonra isə adı
keçən surənin elmi əhəmiyyətindən, Ptolomey
nəzəriyyəsinin tənəzzülündən, dağların yaranması haqqında
Quranın buyurduqları ilə elmi məlumatların üst-üstə
düşməsindən və s. geniş şəkildə bəhs etmişdir.
Bunu da xatırladaq ki, dilimizə tərcümə olunan bu əsər
müəllifin Qurani-kərimə yazdığı otuz cildlik təfsirindən
bir surənin təfsiri idi.