Page 210 - Pure Life 03
P. 210
204 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)
Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız.
Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər
verəcəyəm!” (8, Loğman, 15) – deyə bəyan edir.
Bunun ardından Allahın hər şeyi əhatəedici elminin
əzəmətini bəyan edir və insanın etdiyi əməllərdə nə qədər
diqqətli olması lazım olduğu, etdiyi hər şeyin qiyamət
günündə necə ən incə detalına qədər ona göstəriləcəyi
bildirilərək xəbərdar edir: “(Loğman öyüd-nəsihətinə davam
edərək) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı,
yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın
(daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da,
Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını
çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri
biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!” (8, Loğman,
16) deyən ayədə bunu açıq-aşkar görməkdəyik.
Hər iman sahibinin də yaxşılığı əmr, pisliyi qadağan etmək
yolunda bəzən qarşısına çıxması qaçınılmaz olan bir sıra
çətinliklərə səbr etməsi lazım olduğu bildirilir. Ayrıca bu
yoldakı bir adamın təbliğ əsnasında və gündəlik yaşayışında
sözlə etdiyi yaxşılıqları hərəkətləriylə də yaşaması və bunları
zay etməməsi üçün ona bir davranış şəkli göstərilir və Allah
insanları kiçik hesab edib şeytanın xüsusiyyətlərindən olan
qürur xəstəliyindən çəkinməsini vəhy: “Adamlardan təkəbbürlə
üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma.
Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr
edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə
də çox asta get) və (danışında) səsini qaldırma. Çünki ən
çirkin səs uzunqulaq səsidir!” (8, Loğman, 18-19) ilə bildirir.
Həmçinin surədə gecənin gündüzü, gündüzün gecəni
əvəz etməsi, günəşin və ayın öz orbitlərində bir nizam-
intizam içində gəlib getməsi, ayrıca kainat daxilində axıb
gedən digər bütün ulduzların Allahdan başqa heç kimin
bilmədiyi və bilməyəcəyi bir çərçivə daxilində hərəkət
etmələri göstərilərək insanı düşünməyə dəvət edilir.